Səhranın ucsuz-bucaqsız örtüyündə dəvə belində şərq üslubunu özündə ehtiva etdirən kəcavənin pərdələrini araladım. Mən şahzadəyəm. Şəhərin işıqlarından uzaqlaşdıqca özümü azadlıqda hiss edirəm sanki. Mənim ölkəmin qızı və qadınları ümumiyyətlə mövcud deyillər. Yeni dünyanın təməli qoyulmamışdan əvvəl də belə idi, dəyişilməyən bir şey yoxdur. Neft gəlirləri ilə ölkəmiz müasir görüntüyə büründü. Amma müxtəlif obyektlərin tikilməsi, dünya arendasında nüfuzunun güclənməsi, turizm sektorunun genişlənməsi və s. “ibtidai patriarx” vəziyyətdə köklü dəyişiklik bağlı inkişafdan cüzi də olsa işıltı görünmədi.
Atalarımız bizi inqor edirdi, qardaşlarımız alçaldırdı, ərlərimiz işgəncə edirdilər. Bizlər-qızlar və qadınlar bu ölkədə yaşamırıq. Bir kişinin qızını və arvadını öldürməyə tam haqqı var, üstəlik “qatil”ə hörmət edilir. Doğumların böyük qismi müasir xəstəxanalarda deyil, ev şəraitində reallaşırdı. Və hər bir qadının mütləq oğlan uşağı doğuzdurması məqbuldur. “Məhrəm” qanunu əsasında heç bir qız və qadın təkbaşına evdən çıxa bilməzdi. Müəyyən yaş həddindən sonra adət-ənənələrə uyğun geyinməlidirlər. Qadın olmaq-qul olmaqdan da betərdir, qadın olmaq-heç olmaq deməkdir.
Biz 7 bacının bir qardaşı var. Atam az qala onu “Tanrı” kimi müqəddəsləşdirmişdi. Mən sonbeşik isə hiperaktiv idim. Atam sırf qardaşımın istəyinə əsasən məni cəzalandıra-cəzalandıra atamla qardaşıma nifrətim getdikcə artırdı. Biz monarx zümrəsinə aid idik. Amma yenə də oğlan uşaqlarına ta uşaqlıqdan beyinlərinə yeridirdilər ki, qız və qadınları aşağılamaq lazımdır. Çünki məhz “ulu nənəmiz Həvva”nın ucbatından cənnətdən qovulmuşuq. Düzdür, atam bizə fiziki şiddət tətbiq etmirdi, amma mənəvi terrorundan təkcə biz deyil, digər 2 ailəsi də zərər görürdü.
Digər 5 bacım 13-15 yaşlarında ikən ərə verilmişdilər. Onlara nəsib olmayan oxuma-yazma mənimlə Saranın qismətinə düşdü. Böyük bacılar ərə gedərkən biz ikimiz hələ uşaq idik. Bizim vaxtımızda artıq monarx zümrəsindən qızların minimum savada yiyələnməsinə dövlət səviyyəsində icazə verildikdən sonra atam anamın çoxsaylı yalvarışları əsasında razılaşdı. Müəllimlər xaricdən dəvət olundu. O vaxta qədər isə ancaq dini ritual gündəlik dərs kimi həyata keçirilirdi. Yazma-oxumadan sonra da dini ritual davam edirdi. Biz eşitdiklərimizi heç bir səhv buraxmadan təkrarlamalı idik. Adətən bu ritual uşaqlara təşkil olunurdu.
Adım Sultan olsa da, sultan kimi münasibət görmürdüm. Sara ilə bağçada oynayarkən qardaşım gəlib biziə kobudcasına müdaxilə edirdi. Sara səssizcə durumu qəbullansa da, mənim özümdən çıxıb qardaşımı cavabsız qoymamağıma əngəl ola bilmirdi. Sara ilə aramızda 5 yaş fərqi var, bu yaş fərqi arasında isə qardaşım özünü yabanı kol kimi boy göstərirdi. Hər dəfəsindən atam tərəfindən cəzaya məruz qalmağım məni ağlatdırmaq əvəzinə daha da qəzəbləndirirdi. Saranın gözəl rəsm çəkmək qabiliyyəti vardı. Sərgi açmaq ən böyük arzusu idi, amma digər arzuları kimi bu arzusu da dəfn edildi. Gözəlliyinə görə bacıma elçi düşənlər çox idi. Atam isə onu babamız yaşında olan varlı tacirə ərə verdi. Sara özünü həlak etdi, amma atamın ürəyi yumşalmadı...
Mən şahzadəyəm, adım Sultandır, ölkəmdə isə qız uşağına və qadın məxluquna qiymət qoyulmur. Və bu gün mən ərə gedirəm. Yeni həyatıma qədəm qoyuram, mən də adət-ənənəni qıra bilmədim. 15 yaşım dünən tamam olmuşdu. Üzümü qapadan qara zərif krujevalı örtüyün altından göz yaşlarım üzüaşağı yuvarlanmaqda idilər. Bir gün gələcək, ölkəmin qız və qadınlarının faciəsi bir son tapacaq...