Şair dostum Polad müəllimin
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 08:38 25 fevral 2016 tarixində əlavə olunmuşdur

Şair dostum Vidadi müəllimin"İndi tülkü Həccə gedir"şeirinə nəzirə....

İndi tülkü Həccə gedir..

Həqiqəti danmaq üçün,
Qana bilmir.qanmaq üçün.
Özün "həci"sanmaq üçün,
İndi tülkü Həccə gedir.
***
Pulu çoxdur,milyonu var,
Bilir,keyfin də sonu var.
Beşcə metir "ağ don"u var,
İndi tülkü Həccə gedir.
***
Sözdə birdir,əməldə bir,
Günahları səğir,kəbir.
Qozbeli düz edər qəbir,
İndi tülkü Həccə gedir.
***
Harda aşdır,orada baş,
Yaddan çıxıb qohum-qardaş.
Çatır ölüm yavaş-yavaş,
İndi tülkü Həccə gedir.
***
Tərsinə dövr edir fələk,
Hər addımı hiylə,kələk.
Özü tülkü,cildi mələk,
İndi tülkü Həccə gedir.
****
Mövlud deyər,nədir bu ad,
Öz adını özün yaşat.
Törətdiyi fitnə-fəsad,
İndi tülkü Həccə gedir.

13.05.2015.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+34=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0394 saniye