Şair yükü
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:24 26 may 2023 tarixində əlavə olunmuşdur

Adım dilində səslənib pıçıldasa dodaqların,

Arasında sədd silinər yaxınların, uzaqların

Hər ürəyim döyünəndə çınlayacaq qulaqların

Bu dünyada bir şair var sənin yadına düşməyən

 

Ağlım bir az havalarda, ruhum gərçi daha əsən

Niyə qınaq arxasınca düşmüsən ki, əzizim, sən?

Bu, şairin qismətidir, yazılıbdır əzəlindən

Mənə bircə şair göstər eşqin badına düşməyən

 

Çəkinmərəm bəndələrin nifrətindən, ya ahından

Şair eşqi müqəddəsdir, tanrı keçər günahından

Gəl qorxuram bu sevdanın indisindən, sabahından

Məndə elə bir eşq var ki, heç bir qadına düşməyən

 

Bahar axı nə karə ki, yaydan ötüb güzüm bitib,

Həsrətimin meynələri qəlbdə düzüm-düzüm bitib

Mirzə Lazım, elə bir dərd yüklənmisən, sözün bitib

Başqa sitəm yox idimi sənin adına düşməyən?!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+14=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0218 saniye