Şair
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 23:25 05 iyun 2018 tarixində əlavə olunmuşdur

Yenə bəmdən bəmdir səsim,
Qoy yalquzaq eşələnsin
Bədahətsiz qalan kəsin
Bəhərsiz bağçası sanki

Sən susanda ürək ürkək
Əlim boşdur, dilim gödək
Boynubükük dilənçitək
Verilmir axçası sanki

Hər gün düşən güney deyil
Həqiqətdir, giley deyil
Şair olmaq bir şey deyil
Fikir, qəm boğçası sanki


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+35=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0255 saniye