ŞAİRİN DƏYİŞMƏK FİKRİ DƏ YOXDUR
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 19:53 01 noyabr 2017 tarixində əlavə olunmuşdur

ŞAİRİN DƏYİŞMƏK FİKRİ DƏ YOXDUR

***

Mənim təbəssümüm  kədərə bənzər,

Şikayət etməyin yeri də yoxdur.

Bu həyat oyun mu atım qoşa zər?

Cahar yek, şeş qoşa - biri də yoxdur.

 

Dərd çəkən insana dərd verər Allah,

Seçər daşıyanı xüsusi,  vallah.

Nə qədər eyləsən qüssə, kədər, ah ,

Qismətdən  qaçmağın xeyri də yoxdur.

 

Verən də Rəbbimdi, alan da  Rəbbim,

Tanrıya bağlıdır imanli qəlbim. .

Dosta dost, düşmənə olmuşam hakim,

Şairin  dəyişmək  fikri də yoxdur.

 

01.11.2017


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+6=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0278 saniye