ŞAM VƏ KÖLGƏ
Mircəlal Ağayev tərəfindən "Hekayə" bolməsinə 21:54 21 dekabr 2015 tarixində əlavə olunmuşdur

Qaranlıqda qəlbindən bir istək keçdi sanki kimsə onun ayağa durmasını istəyirdi.O qəlbindən keçən bu istəyə uyğun olaraq əlini soyuq suya uzatdı.Suyun soyuqluğun butun ruhu ilə hiss edə bilirdi.Ruhunu təmizlədikdən sonra “otaq qaranlıqdır gərək bir şam yandırım”deyə duşundu.Şamı yandırıb otağına doğru hərəkət etməyə başladı.Masanın uzərinə qoyulan Şam otaqda tək mərkəzli Gunəşi xatırladırdı.Otaqda tək nur mənbəyi O idi.Az sonra otaqda daha bir nur ətrafa işıq saçmağa başladı.O səccadəsin sərib uzunu Aşiqin sarı döndərdi.Otaqdakı sukutu xəfifcə gələn “Allahu Əkbər” sədası pozdu.Hər edilən səcdə Onu növbəti səcdəni daha şövqlə etməyə vadar edirdi.O,etdiyi hər səcdə anında otaqda tək olmadığını,kiminləsə eyni anda hərəkət etdiyini hiss edirdi.Namazı bitirdikdən sonra ayaqlarını önə uzadıb,dizlərini qucaqladı.Əlində yaradılışın hərəkət nizamının simvolu olan zikr vasitəsi var idi.O, “Cənnət Gülu”nun adını dilinə gətirib təsbehin hərəkətinə başladı.Hər bir tam dövr başa çatanda təsbehin narın ipləri onun ayaqlarına toxunurdu.Sanki təsbeh dilə gəlib ona “Oyan, artıq oyanmalısan!” deyirdi.Başını sağa çevirəndə qorxudan bir anlıq donub qaldı.Həqiqətəndə bayaqdan kimsə onunla birgə səcdə edir,zikr deyirdi.O ,otaqdakı sukutu pozdu “Sən heç bilirsən səninlə birgə səcdə etmək uçun neçə qaranlıq gecəni gözləmişəm?! Mən hər zaman o qaranlıq kuncdə sənə baxırdım lakin sən məni görmurdun.Mən səni çağırmaq,sənə toxunmaq istəyirdim ancaq buna icazəm yox idi.Bizi heç kəs başa duşmur.Daim yanınızdayıq ancaq dönub bizə baxan bizim əslində niyə var olduğumuzu duşənmək istəyən yoxdu.Mənim şansım oldu sizinlə dərdimi böluşdum.Bəlkə başa duşəsən...!” O dilinin tutulduğun hiss edirdi,heç vaxt ağlına gəlməzdi ki, bir gun dili ona bu qədər artıq bir ət parçası kimi gələcək.Axı necə ola bilərdi? ! Kölgə insanla necə danışa bilərdi? Görəsən bunu görən ilk insan mənəmmi ? “Deyəsən dəli oluram” bir fikir keçdi ağlından.Qaranlıq otaqda yanaşı oturanlar söhbətlərin aram verib gözlərini şama dikdilər.Axı onları birləşdirən Şam idi.Şam yanıb özunu fəda edərək mumkunsuzu mumkun hala gətirmişdi.Demək ki,kimlərsə fəda olmalıdır ki başqalarını birləşdirə bilsin.Qaranlıq boşluğa uzanan parlaq gözlər duşunmədən dura bilmirdi.Görəsən nəyə görə insan qaranlıqda səcdənin ruhunu bu qədər dərin hiss edir? Axı həmdə qaranlıq illərdir qovuşmaq istəyən lakin bunu bacarmayanları bir-birinə qovuşdurdu.Bəlkədə qaranlığı bu qədər dəyərli edən Allahın “Mən hər şeyi qaranlıqda yartdım..” deməsinə görədir.Yəqin insan qaranlıqda ilk yaradılışını xatırlayıb butun ruhu ilə səcdəyə qapanır.Bəlkədə bu curdur.Kim bilir....


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+33=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0259 saniye