Payızın soyuq nəfəsi. Ayaqlar altında xışıldayan əlvan yarpaqlar. Göy üzünü əsir alan tünd buludlar.
Ərini işə yola saldıqdan sonra uşaq otağına keçdi. 5 aylıq körpəsi şirin yuxuda idi. Onun mələyi. Gözəllər gözəli qızı Aydan. Yavaşca öpüb səs salmadan çıxdı.
Divanda əyləşib abunə olduğu jurnalı vərəqləməyə başladı.Və birdən gözləri hədəqəsindən çıxacaq qədər böyüdü. Nəfəs alması çətinləşdi. Əlləri titrəməyə start götürdü.
Onun keçmişi.
Jurnalı divana buraxıb dizlərinə dirsəkləndi. Başını əlləri arasına alıb saçlarına barmaqlandı.
Divana söykəndi. Qapalı gözləri arasında cığır açan göz yaşlarının istiliyi yanaqlarına yandırıcı təsir göstərməyə başladı.
Jurnal vərəqlərinin birində xaricdə yaşayan azərbaycanlı iş adamın şəkli və müsahibəsi verilmişdi. Başlıqda qeyd olunan "Mən sevginin ən çarəsiz halını yaşamışam..." cümləsi Firuzənin qapatmağa çalışdığı yaralarını qanadırdı.
1-ci kurs tələbəsi olan Firuzə 9 aylıq ingilis dili kursuna yazılmışdı.Otağa daxil olan kimi gözünə bir oğlan sataşdı. Müəllimin yerində əyləşdiyindən Firuzə elə zənn etdi ki, bu-müəllimdir. Amma bir neçə dəqiqədən sonra onun da kursa yazıldığını öyrəndi. Və baxışdılar. Hər şey bununla başlandı.
Adı İlqar idi. 5 qız və 3 oğlanlı qrupda ingilis dilini mükəmməl səviyyədə mənimsəyərək ara-sıra Kərəm müəllimlə əməkdaşlıq edirdi. Bir az sərtliyi vardı. Amma buna baxmayaraq uşaqlarla münasibətində hansısa mənfilik aşkar edilməmişdi.
Firuzə ilə bir əyləşirdi demək olardı ki. Qıza elə sevgi dolu baxışlarla nəzər salırdı ki, heç kəs şübhə etmirdi. Yox, yox. Əli heç vaxt Firuzəyə dəymədi. Dilindən heç vaxt sevgi sözcükləri tökülmədi. Amma baxışları bütün varlığının sevgi dolu Firuzəyə çırpındığını nümayiş etdirirdi.
Eyni duyğulara qız da məhkum olmuşdu. Amma o, sanki qorxurdu. İlqardan deyil, özündən qorxurdu. Davamlı olaraq yad səs qulağına pıçıldayırdı. Hər dəfəsində gözəgörünməz əngəli aydınlaşdırmaq cəhdi uğursuzluqla nəticələnirdi. Hər gecə yatmamışdan əvvəl İlqarın baxışları gözləri önünə gəlirdi. Və səssizcə ağlayırdı. "Niyələr, nə üçünlər" beynini gəmirirdi.
Bu çarəsiz sevgini kurs yoldaşları və Kərəm müəllim izləyərək hər iki tərəfdən bir söz qoparmağa çalışdırlar. Sadəcə heyhat! Nə İlqar danışırdı, nə də Firuzə.
Bir qış günündə Firuzə İlqarın baxışlarını öz üzərində hiss edərək raahatsız olmağa başladı. Dərsin sonuna yaxın İlqar onun qarşısına bir kağız parçası qoydu. Açıb oxudu.
"Sadəcə şans tanıt ikimizə..."
Firuzənin ən çox qorxduğu şey başına gəlmişdi artıq.
Dərs bitən kimi hər ikisi səssizcə çıxdılar. Bir xeyli yol getdikdən sonra ayaq saxladılar. Gözlər bir-birinə kilidləndi. Nəfəslər içəri çəkildi. İlqar dodaqlarını dilinin ucu ilə isladaraq sözə başlamaq istəyirdi ki, Firuzə tələsik ondan uzaqlaşmağa başladı. İlqarın çarəsizcə tamaşa etməkdən başqa çıxış yolu qalmadı. Yanaqlara süzülən göz yaşları hər ikisini rahat buraxmadı.
Anası qızının halından şübhələnsə də, üstünə çox getməməyə qərar verdi. İsti şokoladı içə-içə özünü anlamağa çalışırdı. Axı nədir onu əngəlləyən?! Lənət!!!
Kurs bitən kimi Firuzə ilə İlqarın yolları əbədi ayrıldı...
Firuzə indi evli qadın idi. Ərinə hörməti sonsuz idi. Amma həmişə qəlbinin bir küncündə onu incidən ağrı vardı. Heç vaxt bu barədə həyat yoldaşı Namiqlə söhbətləşməmişdi. Yalnız kurs yoldaşları və Kərəm müəllim bilirdi bu münasibəti və sirr kimi qoruyub saxlamağa qərar vermişdilər.
Ayrılıqdan 5 il keçmişdi. Bu illər ərzində Firuzənin qəlbinə yol tapmaq istəyənlər çox idi. Amma alınmadı. Firuzə sonuncu kursda atasının dostunun oğlu ilə nişanlandı. Barmağındakı nişan üzüyünə baxanda hönkürmək istədi. Səsini duyurmaq istədi. Özünü ələ alıb göz yaşlarını yox elədi.
İlqarın müsahibəsini oxuyarkən onun dəyişilmədiyini anladı. Və göz yaşları içində sevgi dolu təbəssümlə gülümsədi. İçinə sanki rahatlıq qonaq gəlmişdi. İlqar onun adını çəkməmişdi...