Şeb-i Arus
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 17:50 12 dekabr 2015 tarixində əlavə olunmuşdur

«Eşq davaya bənzər, cəfa çəkmək də şahidə: şahidin yoxdursa, davanı qazana bilməzsən» - bu möhtəşəm sözün sahibi Mövlanə Cəlaləddin Belhi Rumidir. Mövlanə həzrətləri 30 sentyabr 1207-ci ildə Əfqanıstanın Belh bölgəsində doğulmuşdur. O, dünya tərəfindən tanınmış düşüncə adamı və şairdir. Mövlanə həzrətlərinin atası alimlərin sultanı olaraq bilinən Məhəmməd Bahaəddin Vələddir. Anası isə Belh Əmrinin qızı Möminə xatundur. Əsl adı Cəlaləddin olan Mövlanə Belhi adını Belh bölgəsində doğulduğu üçün, Rumi adını da Anadoluya yerləşdiyi üçün (o dönəmdə Anadolunun adı Diyar-i Rumi idi) və Mövlanə adı da onu sevən insanlar tərəfindən əfəndimiz mənasına gəldiyi üçün verilmişdir. Bahaəddin Vələd insanlara çox yaxşı davranmış və onların dərdinə hər vaxt dərman olmuşdur. Vələd fəlsəfə əleyhdarı idi. Hətta bu onun Belh şəhərindən ayrılmasına gətirib çıxarmışdır. Bir gün Bahaəddin Vələd insanlara verdiyi dərsdə İslamda fəlsəfənin yerinin olmadığını söylədikdən sonra buna şiddətlə qarşı çıxan İslam fəlsəfəçisi Fəhrəddin Razi dərhal onu dövrün hökmdarı Alaəddin Məhəmməd Tokisə şikayət edir. Bunun üzərinə Tokis Vələdə şəhərin açarını göndərir. Bunu bir şəhərdə iki padşah olmaz deyə anlayan Bahaəddin Vələd ailəsini də yığıb dərhal Nişapura köç edir. Nişapurdan sonra Bağdada köçən Vələd ailəsi burada bir müddət qaldıqdan sonra həcc vəzifəsini yerinə yetirmək üçün Ərəbistana doğru yola çıxarlar. Həcc dönüşü Şama yönələn ailə burada da bir müddət qaldıqdan sonra Anadoluya doğru yola çıxır. O günlərdə on səkkiz yaşına çatmış Mövlanə Səmərqəndli Lala Şərafəddin qızı Gövhərlə evlənmiş və bu evlilikdən Məhəmməd və Alaəddin doğulmuşlar. Cəlaləddinin atası Bahaəddin Vələd 1231-ci ildə Konyada vəfat etmişdir və Səlcuqlu sarayında Gül bağçasına dəfn edilmişdir. Bu hadisə ilə əlagədar xalq və Sultan yas tutmuşlar  (Sultanın bir həftə taxta oturmadığı deyilir). Atasının son istəyi ilə və Sultanın da xahişiylə Cəlaləddin atasının yerinə keçdi. Müəllimləri ölüncə tələbələri və müridləri onun ətrafında toplanmış Mövlanəni atasının tək varisi olaraq görmüşlər. Həqiqətən də, Mövlanə böyük bir elm və din xadimi olmuş, İplikçi Mədrəsəsində dəyərli xütbələr oxumağa başlamışdır.Mədrəsə onu dinləməyə gələnlərlə dolub daşırdı.

1244-cü ildə Mövlanə Cəlaləddin Rumi alim Şəmsi Təbrizi ilə qarşılaşdı. Ancaq birlikləri uzun sürmədi. Şəmsinin qəfil ölümü iki dəyərli şəxsi zamanından öncə bir-birindən ayrırdı. Mövlanə yenicə tanidığı Şəmsin ölümündən sonra uzun illər özünə gələ bilmirdi. Daha sonrakı illərdə Səlahəddin Zərkubi və Hüsaməddin Çələbi Şəmsi Təbrizinin yerini doldurmağa çalışdılar. Həyatını "Həmdim, bişdim, yandım" sözləri ilə yekunlaşdıran Mövlanə1273-cü ilin soyuq dekabr günlərindən birində haqqın rəhmətinə qovuşdu. Mövlanənin cənazə namazını vəsiyyəti üzərinə Sədrəddin Konyəvi qılacaqdı. Ancaq Sədrəddin Konyəvi çox sevdiyi Mövlanəni itirməyinə dözə bilməyib cənazədə huşunu itirdi. Daha sonra cənazə namazını Qazı Siracəddin qıldı. Mövlanə Cəlaləddin Rumi ölüm gününü yenidən doğuş günü olaraq qəbul edirdi. O, öldüyü zaman sevdiyinə, yəni, Allahına qovuşacaqdı. Ona görə də, Mövlanə ölüm gününə toy günü və ya gəlin gecəsi mənasını verən "Şeb-i Arus" deyirdi və dostlarına ölümünün ardından "ah-ah, vah-vah edib ağlamayın!" deyərək vəsiyyət edirdi. İndi Türkiyənin folklorunda məşhur olan və ölkəni bütün xarici ölkələrdə tanıtdıran "Rumi rəqsi" də Cəlaləddin Ruminin adını daşıyır. Saatlarla fırlanan rəqqaslar insanların əslində həmin fırlantını hiss etməmələri dünyanı təəccüb içində qoyur. Bunu hiss etməmək üçün məcazi mənada musiqiyə daxil olmaq lazımdır.


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+33=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0281 saniye