Şəhərdənəm
Elnur Vahidzadə tərəfindən "Şeir" bolməsinə 21:03 25 noyabr 2014 tarixində əlavə olunmuşdur

Mən, kitab oxuyana kor olacaq deyə düşünən,
Yarıçılpaq filmlərindən utanan,
gecələr zülmətdən qorxub,
gündüzlər günəşin üfiqində min günah edən şəhərdənəm.

Mən, məscidləri ilə bol olan bir diyardanam.
Əzan səsinə qalib gələn mahnıların,
Saqqalın ayaq altında alçaldıqı və,
Hər günah zaman təkbir deyən şəhərdənəm.

Mən, aliminə qəpik verən,
Müəllimi asılmaq üçün özünə kəndir ala bilməyən,
Küçələri fahişələrdən çox,
Namizədlərlə dolu şəhərdənəm.

Mən xatirələri heçə sayan,
Hər qadında qan axtaran.
Səmadan bir kitab düşdüyü halda,
Səmanı bombalarla qaraldan şəhərdənəm.

Bir tərəfim afrika çöllərində susuz qalıb.
Bir tərəfimi xocalıda soyqırımda itirmişəm.
Bir tərəfim avropada azadlıq, asiyada edam meydanı axtaran,
Zalım dünyadan qaçan insanlarla dolu şəhərdənəm.


Mən sənin şair olduğun şəhərin,
Şimalında şairləri edam edən şəhərdənəm.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+31=
Hesaba giriş
Müəllif

Elnur Vahidzadə
Haqqında
İnsanlar adlanan varlığın , insan görmədən yaşamağı axtaran bir adəmdən sonrakı nəfəsəm. Düşündüyüm gecələr gördüyüm ağrılar olur. Adətən hər yazı və şeir sonrası mən özümü axtarıram və səmada doğuluram.
Əlaqə
E-mail:
corc.ourel@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0342 saniye