Şəhid olmaq istəyirəm çünki...
Efsane R. Sagi tərəfindən "Digər yazılar" bolməsinə 03:02 28 fevral 2014 tarixində əlavə olunmuşdur

     Bu dünya nə sənə, nə də mənə qalmaz

      Sultan Süleymana qalmadı böylə...

 

  Heç birimizə qalmayacaq bir dünya üçün niyə qan axıdırsan axı, insan??? Tarixinə bir nəzər sal, cəsur, igid sərkərdələrə, padişahlara, sultanlara belə qalmadı, nə uğrunda milyonlarla qan tökdüyü torpaqlar nə də hakimiyyət üçün övladını öldürən atalara taxt-taclar. O zaman nəyin nəsidir bu axıdılan qanlar,atılan bombalar, xarabalığa çevrilən kəndlər, şəhərlər??? Axı hamımızın gedəcəyi yerlər bəllidir(ya cənnət ya cəhənnəm) və o yerlərdə bizə bu gün topladıqlarımız,sərvətlərimiz lazım olmayacaq.Yalnız üç metrəlik kəfəndən başqa.Bu üç metrəlik bez üçünmüdür bütün bu qanlar, ölümlər, məhv olmuş həyatlar???

Artıq vaz keç, bu inadından,hirsindən,qəzəbindən,özündən olanı öldürməkdən, baş kəsmək, bədənləri parçalara, tikələrə ayırmaq,qadınları zorlamaq, körpələri güllələmək həzzindən, ləzzətindən vaz keç, insan! Vaz keç başsız ailələr, atasız doğmamış körpələr, ərsiz qadınlar qoymaqdan, namusu, təmizliyi əlindən alınmış gənc qızların həyatını,arzularını,xəyallarını məhv etməkdən.Yetər, dur de, hər cür silah hazırlamaq ideyası yaradan zəkana, ey insan!Daha artıq irəli getmə,dur ,dayan gələcək həyatları məhv etmə! Yetər de, silahına,atomuna,bombasına,qumbarasına yetər de!Bitir artıq bu müsibəti,dəhşəti-vəhşəti,vandalizmini bitir, qurtar artıq.Yaxdığın canlar,  tökdüyün qanlar az deyil.Öldürdüklərini basdırmağa yer tapılmayacaq belə getsə axı nəyin peşində, nəyin arzusunda, nəyin istəyindəsən??? Bitir bu vəhşiliyi, sönmüş ocaqlarda, xarabalığa çevrilmiş həyətlərdə,viran qalmış ömürlərdə yandır artıq bir ümid işığı.Günahsız körpələr ac qalmasın,yuvasız,atasız-anasız yetim qalmasın.Nədir axı günahları ki,silah səsləri ilə doğulub böyüsünlər,ac-susuz qalıb daha dörd yaşındaikən, şəhid olmağı arzulayıb cənnətə çörək tapmaq ümidi ilə getmək istəsinlər??? Nədir axı günahları ki, aclıqdan ölsünlər???

Bu qədərmi acımasızsan, insan??? Bu qədərmi daşlaşmış ürəyin, bu qədərmi kar və korsan ki, eşitmirsən, görmürsən fəryadları ,ahları, nalələri, yardım üçün uzadılan əlləri??? Axı kimsən sən, ey insan??? Kim sənə belə bir haqq tanımış ki, qıyasan günahsız canlara??? Bir də "müsəlmanam" deyirsən fəxrlə,müsəlman özününkünə qıyarmı,ibadətgahına bomba atarmı, ibadətini edəni arxasından vurarmı???Əlində hər şey acizdir deyəmi öyünürsən,insan??? Heç düşünmürsənmi sonrakı həyatını,aldığın canların hesabı soruşulmayacaqmı sanırsan,ilahi ədalət yoxmu sanırsan sən??? Kimsən axı sən,insan kim, kim, kimm??? 

Ey adəm övladı düşünmə ki, cəzasız ya da bir sarı kartla gedəcəksən bu dünyadan bil ki, hər bəndənin ən azı bir qırmızı kartı mütləq vardır.Bir də dünyamızda ədaləti guya ki, tənzimləyən Amerika, Rusiya,Fransa və daha bir neçə sülhsevər dövlət var.Hamısı da əli qana bulaşmış dövlətlərdir.Guya ki, insan ölümlərinə, şiddətə, işgəncəyə qarşıdırlar.Nə Suriyaya gücləri yetir nə İsrailə amma yox gücləri yetir, lakin özləri bu fəlakəti bilərəkdən açır insanların başına.Bir halda ki, ədalət tərəfindədilər o zaman açsınlar gözlərini diqqətlə baxsınlar statistiklara. Artıq Suriyada yeni bir dəniz yaranıb bimirəm xəbəri varmı böyük dövlətlərin bundan. Adı "Qan dənizi"dir suyu da qıpqırmızı.Aylardır Əsədi qorxutmağa çalışır "ordu yeridəcəm üstünə" deyə, fəqət Bəşər başqalarından cəsarətli çıxıb Amerika ordusunu gözləyir hələ də lakin ortalıqda bir şey yoxdur və günbəgün ölümlərin sayı artmaqdadır.Bumudur ədalətin sənin Amerika??? Hər zaman qatillərə olub dəstəyin zatən sənin və silahdaşlarının. Necə ki, 22 il öncə vəhşicəsinə öldürülmüş minlərlə türkə dəstək əvəzinə alman kanslerin erməniləri dəstəkləyib acınacaqlı vəziyyətlərindən qurtulmaları üçün Türkiyəyə etmədiyi təklif, yaltaqlıq qalmayıb.İndi qüsura baxmasın Qərb dövlətləri, bu hallarınızı gördükdən sonra sizin heç vaxt olmamış ədalətinizə də güvənmirəm.İnsanlığı  və vicdanı öyrənməniz gərək və bunun üçün də uzun bir zamana ehtiyacınız var.O zamana kimi də çox gec olacaq dünya üçün!


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
2+23=
Hesaba giriş
Müəllif

Efsane R. Sagi
Haqqında
Sadəcə yazmağa cəhd göstərmək...
Əlaqə
E-mail:
efsaneozenn@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.025 saniye