Şəhid qardaşıma
Cavidan Hacıyev tərəfindən "Şeir" bolməsinə 00:48 25 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Halallıq ver bizə, şəhid qardaşım.
Halallıq ver bizə haram dünyada.
Torpağa hopsa da qanla göz yaşı,
Bu dünya ac qalıb mənəviyyatdan.

Halallıq ver bizə, şəhid qardaşım.
Seçə bilməsək də halal, haramlar.
Bir dəfə ölürsüz siz, uzaqbaşı.
Hər bir gün ölürlər tənha analar.

Havalar bir azca soyuq keçəndə
Analar söyləyər "Balam necədir?".
Diləyər xoş yuxu hər bir gecədə,
Balası ölsə də. Nə qəribədir?.

Süfrələr açılıb, gəlibdir bayram.
Artıq bir boşqab da vardır masada.
Süfrədə oğlunun sevdiyi ənam.
Nə olsun, cəsədi tapılmasa da?

Dilərik, alasan Cənnət müjdəsin.
Bu olar anana təskinlik bir dəm.
Torpaqda sənin də çoxdur əziyyətin.
Torpağa haqqını halal elə sən.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+23=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0271 saniye