ŞƏHİDİM
Sənin ucalardan ucadır adın,
Vətənin uğrunda vermisən canın,
Sən can parçasısan Azərbaycanın,
Yaşarsan hər zaman,uca şəhidim!
Yurdumda ,elimdə qanla qoyduz iz
Sizin adınızdır bizlərə əziz,
Düşməni tarimar etdi Mübariz,
Çıxartdı arzusun puça şəhidim.
Yüksəlsin bayrağım ,üç rəngli, şanlı
Büründüz kəfənə fərəhlə qanlı ,
Göydən yerə qədər yolunda haqlı
Ruhunuz günəştək saça şəhidim.!
Seymurun qəlbində adınız əziz,
Qanınız düşən yer müqəddəs,təmiz,
Bir gün quduz düşmən qalacaq aciz,
Bitəcək bu zülmət gecə ,şəhidim !
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
31.03.2019