Şəhidlər ölməz, vətən bölünməz!
Лала Агаева tərəfindən "İnşa" bolməsinə 16:25 29 aprel 2016 tarixində əlavə olunmuşdur

Keçirdiyimiz hər an xatirə olub tarixin yaddaşına qovuşur. İstər şirin, istərsə də acı olan bu xatirələr "Tarix" adlı kitabxana rəfində öz yerini tutur. Və bunlar tarixə həkk olunmasına baxmayaraq yaddaş adlı kitabxanaçı bu kitabın ya adını, ya da aid olduğu səhifəni unudur. Elə xatirə olur ki, unudulur, elə xatirə də olur ki, onlar yaddaşda silinməz şrım qoyur. 26 il bundan əvvəl də belə bir xatirə kitabı kitabxanaçıya verildi. Kitabxanaçı kitabı aldı və ən görünən rəfə qoydu, hər gün o rəfi sildi, tər-təmiz saxladı, hər bir səhifəsini əzbərlədi. Bu xatirə belə yazılmışdı:

Xəstəxanaya xəstə gətirilmişdi yanvarın iyirmisində. Xəstənin vəziyyəti ağır idi, onun sağalacağına, bu dünyaya yenidən baxacağına ümid yox idi. Xəstənin ölməsinə baxmayaraq artıq yas tədbiri başladılır, halvasını bişirmək üçn aşbaz, çayını paylamaq üçün adam axtarırdılar yas mərasimini yola vermək üçün. Halbuki hələ ölməmişdi, dünya ilə əlaqəsi tam olaraq kəsilməmişdi. Bu xəstə vətən idi. Qəlbindən yaralanmışdı, xəncər kürəyindən endirilmişdi. Əvvəldə dediyim kimi bu qəlb yarası idi, çətin sağalardı, sağalması da möcüzə olardı. Bu xəncəri kürəyinə endirən isə şovinizmi ilə məşhur olan erməni daşnakı idi. Çörəyini yeyib, suyunu içib, indi bu suyu qanla bulayırdı. Qan qoxurdu bu su. Reanimasiyanın önü adamla dolu idi. Təcili qan axtarılırdı xəstəni əldən verməmək üçün. Qanlar verildi xəstəni itirməmək üçün. Bu adamlar da bu qanı vermək üçün burda idi. Sonra vaxt keçdi, bir saat, iki saat,.. Və xəstə ayılmadı, amma ölmədi də. Komaya düşmüşdü. İyirmi altı ildir ki, bu xəstə komadadır. Aprelin 2-dən 3-nə keçən  gecə isə bu xəstənin qulağından qan açıldı. Həkimlər bunu bəd əlamət sayırdı. Çünki, tibb elmində burnundan qan açılan xəstə normal olaraq həqq dünyasına qovuşmalı idi. Amma qovuşmadı, Bu bir möcüzə deyildi. Çünki bu xəstə dözümlü xəstə idi. Xəstənin halı yaxşılaşırdı. Oyanmağına həkimlər şübhə ilə yanaşırdı, amma belə bir möcüzənin olmayacağını danmırdı. Bu həkimlər əvvəl xəstənin öləcəyini deyən, indi isə xəstənin yaxşılaşdığını görüb sözünü dəyişirdi. Bu həkimlər Rusiya idi. İndi bütün dünya bu möcüzəyə inanmağa çalışmasa da bu danılmaz bir şey idi. Bu xəstənin ürəyində bu çapıq qalacaq, amma bu şanlı çapıq olacaq. Halva bişirmək üçün axtarılan aşbaz, çay paylamaq üçün axtarılan adamlar artacaq. Qara çıxarılıb aö geyiniləcək, qız-gəlin şadlanacaq, igidlər qara çıxarıb ağ geyinəcək, ev-eşikdə nəğmələr oxunacaq. Amma bu nəğmə qəmli nəğmə olmayacaq, Azərbaycanın gözəl meşələrindən, saf bulaqarından, təmiz dəryalarından, kəklikli, qıpqırmızı, pürrəngi çayından olacaq. Və biz inanırıq ki, o xəstə oyanacaq, o xəstə üçün verilən qanlar hədər olmayacaq və bunu bütün dünya biləcək ki;"Şəhidlər ölməz, vətən bölünməz."


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+27=
Hesaba giriş
Müəllif

Лала Агаева
Haqqında
Агаева Лала
Əlaqə
E-mail:
baku.azerbaijan1@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.026 saniye