Şeir qəlblərin qidası,
Şeir incə gözəllərin
nazı - qəmzəsi, ədası.
Şeir Böyük Yaradanın
bu yerdə səsi - sədası.
Cismimdə candı şeir,
Damarlarda aram- aram
axan, axan qandı şeir.
Yerdi, Göydü - asimandı,
Bəşərdi - insandı şeir.
Şeir qanadlı bir mələk,
Şeir gəlindi gərdəkdə,
şirin - şəkər, gözəl - göyçək.
Şeir güldür ləçək - ləçək,
Yeri böyük ürəklərdə.
Şeir ana laylasıdır,
Şeir soraq - soraq gəzən
məcnunların leylasıdır.
Şeir Tanrı sevənlərin
dillərinin duasıdır.