Şeir yazmaq istəyirəm
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 02:23 14 fevral 2015 tarixində əlavə olunmuşdur

Üzülməyə səbəbim yox,
Kədərim az, sevincim çox,
“Ac sevgimin” qarnı da tox,
Şeir yazmaq istəyirəm.

Sındırıb bu qəm tarımı,
Əridib həsrət qarımı,
Boşayaraq “dərd” yarımı,
Şeir yazmaq istəyirəm.

Yazım qəlbimə başqa ad,
Xəyallarım açsın qanad,
Onsuz gecələrə inad,
Şeir yazmaq istəyirəm.

Yığıb yollardan gözümü,
Unudum hərdən özümü,
Tapıb canımda dözümü,
Şeir yazmaq istəyirəm.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+26=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0253 saniye