Şeir
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 19:46 18 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Şeir sevgi - məhəbbət,
ülviyyətin dilidir.
Şeir şair qəlbinin
qucaq dolu gülüdür. 

Şeir təbib məlhəmi,
sevənləri dindirər.
Şeir yanan qəlblərə
su çiləyər, söndürər. 

Şeirdə çoxdur məna,
xəfigdi, gah da sərtdi.
Şeir zülmətdə nurdur,
bir aləmdi saçması. 

Şair şeir memarı,
O, şeirin bənnası.
Şeir sözün ümmanı,
şeir sözün binası.


... dəfə oxunub
Qiymət: 9/10(1000 səs)
[qiymət ver ]
Şərh yaz
9+17=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0284 saniye