Şeir
Təranə Hacıyeva tərəfindən "Şeir" bolməsinə 09:23 06 noyabr 2018 tarixində əlavə olunmuşdur

Tərk etdiyimiz hər yerdə

Bir azca bizdən qalır.

Getdiyimiz hər yerə

Əvvəlki yerlərin izləri daşınır.

Darıxanda, sıxılanda,

Qəlbə qüssə yığılanda

başımızı söykəyib uzaqlara baxdığımız

pəncərə çərçivısində

əllərimizin istisi, saçlarımızın ətri.

Divar kağızında asdığımız şəklin yeri –

amma o yer tez iticək,

Yeni sakin yeni kağız çəkəcək.

O divar o şəkilçün,

O şəkil o divarçün

çox darıxacaq.

Getdiyimiz yerlərdə -

darıxında baxdığımız,

uzaqlara baxıb xəyala daldığımız

o mənzərəni arzulayacaq gözlərimiz.

Yağışdan qaçan məktəbliləri,

Üşüyən sərçələri..

O mənzərələri, o yerləri, o insanları

bəlkə bir də heç vaxt görməyəcəyik.

Amma o yerlərin izləri qalacaq

fikirlərimizdə, xəyallarımızda, yuxularımızda.

Bəlkə də qəlbimiz o yerdə gəncliyimizin yaşadığına inanacaq

Bir gün yolumuz düşsə,

Qəfil qapını döysək

İşıqlı gözləri, parlaq təbəssümü ilə qapını üzümüzə açacaq...

 

 

 

Tərk etdiymiz hər yerdə bir az bizdən qalır.

Getdiyimiz hər yerə əvvəlki yerlərin izlərini aparırıq bir az...

Tərk etdiyimiz yerlərdə gülüşlərimizin səsi

Darıxanda, qüssələnəndə

başımızı söykəyib uzaqlara baxdığımız pəncərə çərçivələrində

saçlarımızn ətri

Mətbəxdə bişirdiyimiz yeməklərin ətrinə qarışıb

bizə aid bir qoxu buraxacaq.

Divar kağızında asdığımız şəklin yeri tez itəcək –

Yeni sakin yeni divar kağızı çəkəcək.

Amma divarlar alışdıqları o şəkil üçün çox darıxacaq...

Getdiyimiz yerə həyatımızda olduğumuz bütün yerlərin,

məkanların, gördüyümüz əşyaların, tanıdığımız insanların xatirəsini aparacağıq.

Bəlkə də o tərk etdiyimiz yerlərə bir də heç vaxt qayıtmayaacağıq.

Amma o yerlərin də, o insanların da izləri qalacaq

Gözlərimizdə, qəlbimizdə, yuxularımızda...

Ürəyimiz bizi ən çox xoşbəxt olduğumuz məkana sarı çəkəcək həmişə

O məkanda o xoşbəxt, o gənc, o qayğısız özümüzün hələ də yaşadığına inanacağıq

Günün birində yolumuz düşərsə, qapını üzümüzə məhz o açacaq

Qapqara saçları, işıq dolu gözləri, bəmbəyaz təbəssümü ilə...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+17=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0249 saniye