Şəklin
Şəfiqə Şəfa tərəfindən "Şeir" bolməsinə 17:29 12 aprel 2014 tarixində əlavə olunmuşdur

                                Şəklin

Darıxan könlümə təsəlli üçün

Şəklini oxşayıb güzgüyə sancdım.

Qəlbin hayındaykən gözə nə qədər

Əzab verdiyimi çox gec anladım.

 

Şəklin qoşalaşıb öz əksi ilə

Seyr etdi güzgüdən bu günümüzü,

Zillənib üzümə səssizliyiylə

Bəlkə də qarğıdı hər ikimizi.

 

Gözlərim şəklinə dikilib qalıb,

Xəyalın su kimi gözümdən axır,

Küskün baxışların qəmdən güc alıb

Güzgünün əksindən üzümə baxır.

 

Sanki kilidlənib baxışlarınla,

Donub dayanmışam şəkilmiş kimi.

Üzümdə hicranın naxışlarıyla,

Həsrətin boylanır çəkilmiş kimi.

 

Yaşarkən cansız bir şəkilə dönüb,

Saralıb rəflərdə unudularam,

Bircə təsəllim var: o şəklin kimi,

Mən də əbədiyyət aşılayaram.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+25=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0368 saniye