Şenonso – Qadın Qəsri
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 00:40 02 dekabr 2015 tarixində əlavə olunmuşdur

Şenonso adlı böyük bir ərazinin ilk öncə sahibi De Mark adlı şəxs olmuşdur. Sonra o, bu ərazini maddi çətinliklərlə üzləşməsi nəticəsində hissə-hissə satmaq qərarına gəlmişdir.

Tomas Boye adlı şəxs bu ərazini almış və onun yeni sahibi olmuşdur. Tomas bu ərazidə tikilmiş qəsri yeni üslubda tikdirmək qərarına gəlir və köhnə qəsri uçuraraq onun yerində yeni, gözəl Renassans stilində bir qəsr tikdirir. Qəsrin ətrafında isə çöx gözəl ağac və gül- çiçək bağları saldırır. Bu qəsrin tikintisinə Tomasın arvadı rəhbərlik edir və o, öz zövqü ilə tikintiyə bir çox əlavələr etdirir. Şenonso qəsri öz gözəlliyi ilə sanki cənnəti xatırladırdı. Qəsr tikilib başa çatdırıldıqdan sonra neçə-neçə qadınların könlünü fəth edir.


Tomas və arvadı rəhmətə getdikdən sonra, onun oğlu qəsrin sahibi olur. Sən demə, qəsrə kral I Françiskonun gözü düşübmüş və o, qəsri ələ keçirmək istəyirmiş. Qəsri ələ keçirməzdən əvvəl I Françisko bir neçə gözəl mülklərin sahiblərini müxtəlif bəhanələrlə həbsə atdırır və onların mülklərinə sahib çıxmışdır. Növbəti şikar Şenonso qəsri idi. Bu qəsr də I Françisko tərəfindən mənimsənilir.

I Françisko dünyasını dəyişdikdən sonra Şenonso qəsrinə onun oğlu Henrix sahiblik edir. Henrix isə qəsri öz məşuqəsi Diana Puatyeyə hədiyyə edir. Diana Henrixdən 12 yaş böyük olmasına baxmayaraq, çox gözəl və çox cəlbedici bir qadın olmuşdur. Henrix qəsri Dianaya hədiyyə etməklə yanaşı, onu bütün vergilərdən azad edir. Diana qəsrə sahib olan kimi öz zövqünə üyğun qəsrdə yenidənqurma işlərinə başlayır. O, qəsrin interyerində, fasadında, həyət və bağçasında bəzi dəyişikliklər və yeniliklər etdirir.

1559-cu ildə Henrix Monthomerinin nizəsindən ölümcül yara alır və az keçmir ki, o, vəfat edir. Onun vəfatından dərhal sonra arvadı Yekaterina rəqibi Dianadan qisas almaq qərarına gəlir və onu qəsrdən çölə atdırır. Bundan bir az sonra Şenonso qəsrində Yekaterina Mediçi oğlu və gəlini Mariya Stüartın şərəfinə təntənəli ziyafət təşkil etdirir. Daha sonra Yekaterina Şenonso qəsrinin həyətində də bir neçə yeni qalareyalar inşa etdirir və hər gecə orada təntənəli ballar, yığıncaqlar təşkil etdirir.


Yekaterina özündən sonra Şenonso qəsrini gəlini Lüdovika Lotarinqskayaya vəsiyyət edir. Bu qəsr Valua sülaləsinin çiçəklənmə və qürub dövrünü görmüşdür. XVIII əsrdən başlamış bu qəsrə Luiza Düpen sahiblik edir. O, mütaliəni və incəsənəti çox sevən bir qadın olduğundan, Şenonso qəsrini bir “dəb salonu”na çevirmək qərarına qəlir. Az bir müddətdə salon çox populyarlaşır. Bu salon o dövrün tanınmış və məşhur adamlarının diqqətini cəlb edir. Məşhurlardan : Volter, Fantenel, Jak Russo, Madam Teney və digərləri tez-tez bu salona gələrmiş. Jak Russo bu haqda belə demişdir: -“ Bu salon yaradıcı insanların vaxtını gözəl keçirmək üçün çox münasib bir yerdir. Bu salonda hər şey yüksək zövqlə təşkil olunmuşdur.”

Şenonso qəsrinin son sahibi Madam Peluz olmuşdur. Madam Peluz ömrünün çox hissəsini vurğunu olduğu bu qəsrin bərpasına həsr etmişdir. Peluz ailəsi müflisləşdikdən sonra qəsr müsadirə olunmuşdur.

Müasir dövrdə Şenanso qəsri turistlərin ən sevimli gəzinti yeridir. Əsasən də, gecələr bu qəsrin xüsusi bir gözəlliyi vardır. Qəsr öz gözəlliyi ilə hamını valeh etmiş və etməkdədir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+8=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0334 saniye