Şərab güzgü və şeytan
FİDAN GÜLER tərəfindən "Hekayə" bolməsinə 11:00 15 sentyabr 2014 tarixində əlavə olunmuşdur

“YUXU” (Şərab güzgü və şeytan)

Köhnə tanışlarımdan biri məni evinə dəvət etdi. Qonaq otağına daxil olub evə diqqetlə nəzər yetirdim,orada gözümə içərisi içkilər ilə dolu olan bir kamota sataşdı.Bunlar nədir deyə sual verdim... Dediki bu uzun illerdir bizdə saxlanılır dünyanın illenmiş en bahalı içki kolleksiyasidir.İçkilər dolu olan dolaba yaxinlaşıb diqqətlə onlara baxırdım,ondan mənə bir fincan gəhvə gətirməyi xahiş etdim o gəhvə hazirlamaq ucun mətbəxə keçdi. Mənim bütün fikrim isə o içkilər olan dolabda idi yavaşca dolabi acib oradan bir şüşə şərab çixartdim əcayib bir tamah yaranmişdi məndə şərabi açmağa çalişirdim şərabin qapağıni zorla açaraq şərab üstümə və ətrafa siçradı.Bir anliq özumü itirdim nə edəcəyimi bilmirdim,dərhal ətrafa nəzər yetirdim birden gözümə eyvan dəydi dərhal eyvana çıxıb şərab şüşəsini eyvandan bayıra atdım və heçnə olmamış kimi eyvandan otağa girdim.Şərab damcılari masanin və süfrənin üzərinə siçramişdı yavaşca əlimdəki yayliqla süfrənin üstünü silib özümü ələ almağa çalişdim.Amma üzümdən həyacan itmirdi... Az sonra o əlində iki fincan gəhvə ilə otağa daxil oldu,həyacandan heç gəhvə yadima bele düşmürdü. Təsəvvür edrsiniz də...Şərab kolleksiyası olan bir evdə qonaq olasan və ev sahibinin xəbəri olmadan kolleksiyadan bir şüşə şərab götürüb şərabı dadmadan eyvandan aşağı atmaq bəlkədə o şərablarin içində ən giymətlisi idi... Her dəqiqə şərablar olan dolaba baxib orada bir şüşənin əksik olduğunun vizual olaraq gözə dəyib dəymədiyini göz ucu sezirdim.Özümü o anda çox pis hiss edirdim ora gəlməyimə çox peşman idim,öz özumü icimdə didirdim mən axi niyə o dolabi açdım... Bir necə dəqiqədən sonra mən ona dedim ki mən getməliyəm.Fikrimdə yalniz bir şey idi heç kimin bu işdən xəbəri olmadan o evi terk etmək.Bir tərəfdən isə hər şeyi olduğu kimi açıq söyləməkdə istəyirdim özümü bu etdiyim işdə suçlu hiss edirdim, amma bunu necə edə bilərdim? Kənardan mənim etdiyim bu hərəkətə nə ad vermək olardi,tamahimin məni kontroldan çıxarıb etdiyim bu hereketimə nece bərayət qazandıra bilərdim ki...Bu axi normal deyil başqasının evində sənə məxsus olmayan bir dolaba girmək oradan sənə aid olmayan bir əşya götürmək və heç kəsin xəbəri olmadan o əşyanı yox etmək bu mənim kimi terbiyyeli bir insan üçün çox böyük bir tərbiyyəsizlik idi.Nə isə bu çox qəribə və xoşa gelməz bir situassiya idi amma yenədə aradan çixmağı düşünürdüm. Getmək istəyimi yenədə onun yadina saldım,o mənim getməyimi heç istəmirdi və məndən qalmağımı xahiş etdi.Mən qorxurdum ki qalsam şərab məsələsinin üstü açılacaq ve dərhal çantami gotürüb dəhlizə çıxdim o menim əlimdən tutub qalmağımı rica etdi.Mən hələdə getməkdə çox israrlı idim o mənim əlimdən çantamı alıb elimden tutub otağa tərəf dartdı.Meni o anda heyacan bürümüşdü nə edcəyimi bilmirdim o məni arxadan qucaqlayib meni ehtirasla öpmye başladi ehtirasdan başımı onun qolları arasında itirmişdim bir tərəfdəndə şərab məsələsinin üstünün açılması qorxusu menim relax olmağıma mane olurdu.O məni dayanmadan öpüb ve lütfen getmə qal deyə yalvarırdı onun öpüşleri və sakitcə qulağıma fısıldayan səsi meni sanki ovsunlayırdı. Mən artiq nə edəcəyimi bilmirdim.Qarşimda divarda böyük bir güzgü var idi o güzgüdə onun qolları arasında özümü görürdüm ve bu sehne meni dahada ehtirasa gətirirdi her şey o qədər gözəl idi ki mən onun dayanmağını istəmirdim. Birdən güzgüdə gözüm onun üzünə sataşdı aman Allah.......... onun simasi tədricən qorxulu əcayib bir hala düşürdü o birdən şeytana döndü.Güzgüde özümü şeytanın qolları arasında gürüb dehşete gəldim və möhkəm qışqırdım ve bu dəhşətli yuxudan özüm öz səsimə oyandım. Yuxudan oyananda isə artıq nə şərab var idi, nə güzgü, nə də ki şeytan...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+12=
Hesaba giriş
Müəllif

FİDAN GÜLER
Əlaqə
E-mail:
fidan_08@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.028 saniye