Sheryl Sandberg: Niyə çox az sayda qadın lider var?
İş həyatında qadınların arxa planda olduğunu, ən üst mövqelərdə qadın liderlərin çox az ola bildiyini və bunun, qadının kafi zəkaya ya da bacarığa sahib olmadığı üçün reallaşmadığını da çox yaxşı bilirik. Bəlkə də, səbəb baxış bucağımız və qadınların öz adına verdiyi mübarizədə kifayət qədər əzmli olmamağıdır.
Sandberg 2010-cu ildə verdiyi rəqəmlərlə bunları söyləyir:
"190 dövlət başçısı arasında doqquzu qadındır. Dünyada məclisdəki bütün insanların arasında 18%-i qadındır. Korporativ sektorun içində, üst səviyyədə olan qadınlar, yüksək səviyyəli rəhbərlikdə, rəhbərlik quruluşlarında 15-16%'dən ibarətdir. Rəqəmlər 2002-ci ildən bu yana dəyişmədi və tam geriyə gedir.
Kommersiya məqsədi güdülməyən, daha çox qadınlar tərəfindən idarə olunduğunu düşündüyümüz şirkətlərdə belə, yüksək səviyyədə vəzifə tutan qadınlar, 20% təşkil edir".
Bütün bunlar bəzi problemlərə işarə edir. Qadınlar bu qədər passiv olur, çünki iş həyatına davam edib-etməmək üçün qərar verməyi lazım olan adam, ümumiyyətlə, qadın olur. Evləndikdə, uşaq sahibi olduğunda, hətta Azərbaycan üçün maddi vəziyyəti yaxşı olan cütlüklərdə qadının etdiyi iş bəzi seqmentlər üçün gərəksiz görülür.
Sandberg bizə bu vəziyyəti düzəltmək üçün bəzi mesajlar verir.
Üç təməl mesaj var:
Masaya oturun.
Partnyorunuzun gerçək bir partnyor olduğundan əmin olun.
Həqiqətən ayrılmadan əvvəl özünüzü ayırmayın.
Yəqin, ölkəmizdə ən əhəmiyyətli olanı partnyorunuzu doğru seçməkdir. Əgər bir ömrü birlikdə keçirəcəyiniz adam, sizdən yaxşı bir yoldaş, ya da ana olduğunuzu, evdə qalmaq, ya da işə davam etmək arasındakı edəcəyiniz seçimdə qərar vermirsə, şanslısınız. Sizə köməkçi olacaq, müvəffəqiyyətli olmağınız üçün hər zaman dəstəyini hiss edəcəksiniz və nailiyyətlərinizlə o da xoşbəxt olacaq. Qadınlar müzakirəyə oturmalı və masanı əsla tərk etməməlidir. O masada biz qadınlar olduğumuz müddətcə işlər, dünya üçün də daha yaxşı olacaq. Bütün əhəmiyyətli qərarları bu qədər zamandır kişilər verdi və onları bilirik, artıq özümüzə güvənməyin və masaya oturub mübarizə aparmağın zamanıdır.
Çevirdi: Aysel Abdullazadə