Şəxsiyyət
Gülzarə Hüseynova tərəfindən "Digər yazılar" bolməsinə 11:47 10 mart 2016 tarixində əlavə olunmuşdur

Şəxsiyyət 

Şəxsiyyət - insanı başqalarından fərqləndirən, özünə, ətrafındakılara baxışı, onlarla qurduğu münasibətlər və reaksiyalarını əhatə edən, müxtəlif hallarda özünü göstərən fiziki və ruhi-mənəvi xüsusiyyətlərdir. Bu xüsusiyyətlər fərdin ətrafa uyğunlaşmasında, qayğılarında, gündəlik həyatdakı davranışlarında tez-tez təlatümlər əmələ gətirir. Şəxsiyyətin pozulması, özünü, başqalarını və hadisələri dərk etmə ölçüsü ilə, əsəb, həyəcan, saysız-hesabsız (aşırı, ifrat) istəklərin və kənar təsirlərin nəzarətdə saxlana bilməməsində və s. məsələlərdə özünü göstərir. Bu hallar yeniyetməlik, erkən yeniyetməlik, hətta daha kiçik yaşlara qədər uzanır. Bunlar hər hansı bir ruhi, fiziki xəstəlik, ya da bir maddənin təsiri ilə meydana çıxan bir hal deyildir. Daha çox duyğularla bağlı bir dağınıqlıqdır. 

Psixoloq Özdən Dandul şəxsiyyətin inkişafını belə dəyərləndirir: "Uşaq mənliyinin dərkinə özünün mövcudluğunu fərq etməsi ilə başlayır. Doğulduğu gündən etibarən dünyanı kəşf etməyə və ilk olaraq anası ilə ünsiyyət qurmağa başlayan körpə öz həyatı içində dəyişdirib nəzarətdə saxlaya bilmə gücünü də dərindən hiss edir." Bu zaman şəxsiyyət məsuliyyət daşımaq, söz sahibi olmaq, çüstəqil qərar verə bilmək, istəmədiyi bir tap.ırığa "Xeyr" deyə bilmək, adam yerinə qoyulmaq istəyir. Onda özünə hörmət və özünəinamın olması, sevildiyini hiss etməsi, dəyər verildiyini görməsi şəxsiyyətin inkişafı üçün əhəmiyyətli rol oynayar. Şəxsiyyət və məsuliyyət duyğusu bir-birini tamamlayan amillərdir. Şəxsiyyət olmadan məsuliyyət duyğusu əldə edilə bilməz. 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+30=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0254 saniye