Şəxsiyyətin formalaşmasında psixoloji amillər
Gülzarə Hüseynova tərəfindən "Digər yazılar" bolməsinə 11:54 10 mart 2016 tarixində əlavə olunmuşdur

Yeniyetməlik çağına çatan gənclərdə psixoloji aspektdən bir sıra istəklər meydana gəlir. Bu istəklərin özünü büruzə vermə şəkli fərdin xarakterinə görə dəyişir. İstəklər təqribən bunlardır: 

  • böyümək; 
  • yetkin olmaq; 
  • sərbəst olmaq; 
  • bacarıq və etibar qazanmaq; 
  • bəyənilmək, təqdir edilmək; 
  • sosial fəallıq; 
  • xoşbəxt olmaq və s. 

Hər gənc həyatını bu istəklər istiqamətində yönləndirmək istəyir. Gələcəkdə bu istəklər yeniyetmənin şəxsiyyət və mənlik anlayışlarının təşəkkülündə müəyyən rol oynayır. Gəncin ətrafını dərk etməsi və hadisələrə fərqli reaksiyalar verməsi onun xarakteri ilə bağlıdır. Şəxsiyyətin formalaşmasında genetik və bioloji təsirlərlə birgə ətraf mühit də mühüm faktordur. Ətraf mühitə (çevrə faktoruna) yaşadığı ortam, toplumun mənəvi-əxlaqi dəyərləri və onu əhatə edən sosial təsirlər aiddir. 

Ruhi sağlamlıq 

Yeniyetməliyin ilk illərində o nə uşaq, nə də gəncdir. Onun bu dövrdəki davranışları nizamsız, qeyri-müəyyən olduğu halda, yeniyetməliyin son idönəmində tutarlı və müəyyən davranışlar formalaşır. 11-12 yaşlarından başlayaraq inkişafını ata-ana modellərinə və onlarla olan münasibətinə görə formalaşdırır. Gəncin istiqanlı və tutarlı münasibət qura bilən valideynlərlə münasibətləri daha rahat, asan reallaşır. Səmimi və mehriban olan uşaqların ünsiyyətqurması daha rahat olur. Evdə alçaldılan, xoş rəftar görməyən uşaqlarda ünsiyyət qurma qabiliyyəti qüsurlu olur. Qadın və kişilərin rollarının sərhədləri dəqiq müəyyən olan ailələrdə şəxsiyyətin cinsi (kişi və ya qadın) ilə bağlı davranışları daha rahat və sağlam formalaşır. 

Evdə öz cinsindən böyük bacı və ya qardaşının olması, onun bu yöndə inkişafına müsbət təsir göstərir. Oğlan uşağı olan ailədə qız arzulanır və bu hər hansı bir şəkildə büruzə verilirsə, məsələn, ananın bu istəyi oğlunun zahiri görkəmində öz əksini tapırsa, oğlanın cinsi inkişafına arzuolunmaz təsir göstərir. 

Əgər insan körpəlikdən yeniyetməlik çağına qədər şəxsiyyətinin formalaşmasında güvən duyğusu əvəzinə güvənsizlik, bacarıqsızlıq,günahkar duyğuları ilə yoğrulursa, yeniyetməlik dövründə problemlər meydana çıxır. 

Dərinlərdə üzməyi bacaranlar üzməkdən zövq alanlardır. Dayaz sularda üzməyə çalışanlar yerlərdə sürünərlər. 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+12=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0222 saniye