Haqsızlıq coxalıb haqsızlıq artıb,
Bürüyüb cahanı büsbütün vallah.
Qəribə zamana gəlib cıxmışıq,
Şeytan kim, mələk kim bilinmir, Allah.
Həqiqət deyənin dili lal olur,
Məhəbbət cicəyi acmamış solur.
Üzünü görməmiş eşqdən dəm vurur,
Elə hey danışır,ərinmir, Allah.
Güllərin yerində qanqallar bitir,
Məscidin icindən oğurluq edir,
Tülkülər coxalıb üz tutur gedir,
Kol-kos arasından silinmir, Allah.
Yalandan üzünə gülənlər coxdur,
O vaxtki sevgilər sevdalar yoxdur,
Bəzisi molladır,bəzisi doxdur,
Firavan yaşamaq yüzmindir, Allah.
Seymuram, görmüşəm nələri belə,
Susub gətirmirəm coxunu dilə.
Bu qədər zülmətə,zillətə hələ
İmam zühür edib gəlməyir, ALLAh..
26.05.2016
MÜƏLLİF:SEYMUR SÖNMƏZ