Şeytanın savaba bürünməsi
Murad tərəfindən "Hekayə" bolməsinə 01:03 10 iyul 2014 tarixində əlavə olunmuşdur

Cəhənnəm qapısında iki insan görmüşdüm. Sadecə bir-birinə baxırdılar. Hətta ətraflarında bir çox mələklər var idi. Bəli mələklər. Cəhənnəm qapısında durmuş mələklər. Onlar bura cənnətdən gəlmişdilər. Əslində burada olma səbəbləri bəlli olmasada burada idilər. Çirkli ayaqlarımdan və cırıq paltarımdan utanırdım ancaq birtəhər utancımı sıxaraq qapıdan içəri addımladım. Qapının üzərində qırmızı hərflərlə xoş gəlmişsiniz yazısı var idi. Buraya da xoş gəlmək olar deyə düşündüm ancaq görünür olardı. İçəri addımlayan kimi isti məni özünə çəkdi ancaq ətrafda sakitçilik var idi. Qapının girəcəyində fərqli paltarlarda insanları görə bilirdim. Onlar günahları səbəbindən burada idilər? Yoxsa bura ziyarətçi kimi gəlmişdilər? Yeyin addımlarla irəli doğru addımladım heç kim mənə fikir vermirdi mənsə addımlayırdım. Qıraqda qışqırıq bəzənsə ağlaşma səsləri duyurdum. Bəziləri günahlarını bağışlamaq üçün yalvarırkən bir başqası artıq odun içində yanmaqda idi. Kimlərsə sadecə günahlarını yumaq üçün oda tullanırdılar ancaq başa düşmürdülər ki, həmin od əslində isti yox elə soyuq verir. Həmin oda verilən isti isə insanların öz həyatlarındakı soyuq münasibətləri idi.

Cəhənnəmin mərkəzinə çatmışdım daxilimdə qorxu hissləri artıq böyüməyə başlayırdı. Yoxsa burda da qorxu hiss insandan əl çəkmirdi? İri bir qazanın içində bəlkə də milyonlarca insanın qışqırıqları eşidilirdi. Anlaya bilmirdim sonluq necə olacaq ancaq qışqırıqları eşidirdim. Günahlarımı yumaq üçün bir anlıq mələk cildinə bürünmüşdüm necə ki, bütün insanlar bunu edirdilər. Qışqırıqlar get-gedə artan zaman istilikdə eyni anda insanı əhatəsinə alırdı.

Qırmızıya hörülmüş divarın digər yanında uzun qara paltar geyinmiş və başında kapuşonu olan biri arxa -qabağa addımlayaraq düşünürdü. Üzünü görə bilməsəmdə görüntüsü qorxunc idi. Yalnızca düşünürdü. Birdən divarın yanındakı qapı astaca açıldı. Ətrafımda olanların hamısı təşviş içində fərrqli yerlərə qaçmağa başlayan zaman həmin qara paltarlı yerində durmuşdu sadecə və yavaş-yavaş başını aşağı əyməyə başladı sanki qapıdan içəri girənə hörmətini göstərirdi. Yavaş-yavaş geri çəkildim. Bir qədər də geri çəkildim. Gördüyüm mənzərə qarşısında geri çəkilməmək mümkünsüz idi. Sanki cənnət və cəhənnəm bir-biri ilə qarşılaşmışdı və bütün cəhənnəm əhli bu qarşılaşmanı həyəcanla izləyirdi. Ayaq səsləri get gedə artan zaman qapı birdən arxasından bağlandı və içəri girən ətrafa baxdıqdan sonra qarşısında duran qara paltarlıya  bir dəfə göz atmaqla yetindi. Bundan sonra isə qara paltarlı əynindəki paltarı soyundu mən isə bu an gördüyüm mənzərə qarşısında şoka düşdüm. Onun sanki oda bürünmüş bədəni var idi insanı qorxuya salan bir bədəni. Və o qırmızı qorxunc bədəni ilə yerdə bir qədər sürünərək qapıdan içəri girənin yanında çöməldi. Belində 666 damğası vurulmuşdu. İlk dəfə idi şeytanı görürdüm və ilk dəfə idi ki, şeytanı əyilmiş vəziyyətdə izləyirdim. Sanki qarşısındakına dua edərkən görürdüm. Görəsən qapıdan içəri girən hündür daha da hündür olan kim idi? Əslində mən heç onu görməmişdim sadecə şeytanın savab diləndiyini gördüm. Bir dilənçi tək savab dilənirdi. Bir anlıq sanki Şeytan günahlardan çıxmış və savaba bürünmüşdü. Bəli savaba bürünmüşdü. Qarşımdakı mənzərə şeytanın savaba bürünməsi idi.


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+18=
Hesaba giriş
Müəllif

Murad
Haqqında

Əlaqə
E-mail:
murad.ramazanov.66@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.025 saniye