Şeytanın təbəssümü
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 22:41 17 fevral 2015 tarixində əlavə olunmuşdur

Nadanlar pisliklərinin üstünü örtmək üçün günahları özlərində deyil, onlar üçün "təsəlli" yeri olan şeytanda axtarar. Nankorar, onları xəyanətə çəkib aparan "şeytan"ı lənətləyər. Özünü islah etməkdə aciz olan cahilin sığınacaq yeri də,şeytanın qucağıdır. Nankorda, nadanda, cahil olan da, öz vicdasızlığını inkar edər və bütün yükü şeytana yüklər. Zahirən Adəm övladı, daxilən insanlıqdan öz nəsibini almayan varlıq, bir an olsun heç özünü qınadımı? Xeyr, buna nə hacət, "şeytanın canı sağ olsun"... 

 Ölməyin deyil, yaşamağın zor olduğu bir dünyada yaşayırıq. Bu yaxınlarda, yaşlı bir ixtiyara "dünya əxlaqını çox itirib, əl halalı haramdan seçməkdə, gözlər doğruları ayırd etməkdə çətinlik çəkir" deyə, bir az giley-güzar etdim. Ağsaqqal küsgün baxışlarla bir xeyli sağa-sola baxıb, " Bu, dünyanın əxlaqı var idimi ki,onu da,haradasa salıb itirsin"deyibən də,giley-güzarıma suallı cavabla nöqtə qoydu...

 Dünya dediyin bu, ilk baxışdan cəzbedici yerdə, hey gülən tərəf imansız, acılar çəkən tərəf imkansızlar deyilmi? Burada,şeytanın mandatı zahidin səsini almağa yetmirmi? Abidin çəkdiyi haray şeytan qucağında bəslənən abırsızların həyasız səs-küyündə itmirmi? "Ədalət" zalımın ətrafındakı məlunlar  üçün təcəlla etmirmi? Belə könül bulandırıcı mənzərə qarşısında şeytan necə "təbəssüm"etməsin?!

 Üç gündür ki, qardaş ölkə Türkiyə, 20-yaşlı məsum bir qızcığazın acısını yaşayır. Əfsuslar olsun ki, bu,qəddarcasına törədilən qətl Türkiyə  tarixində ilk belə hal deyil. Bu ölkə,bundan daha ağır, daha   dəıhşətli  qadına qarşı  baş vermiş  zorakılıqlara   şahidlik edib.  Hər dəfə də, belə,qan dondurucu hadisələr beş-on gün qızğın müzakirə edilib və sonra tarixin bir küncünə gömülüb.İndi, Türkiyə ölüm hökmünü yenidən bərqərar etmək istəyir. Türk insanı ayaqdadır. Tutalım, ölüm hökmü bərpa olundu,20 yaşlı Özgəcanı amansızlıqla qətlə yetirən üç nəfər şəxsiyyətsiz şəxs edam edildi. İnanın ki, bu qərar ölüm kimi dəyərli nemətə hörmətsizlik olar. Ölüm bu, kafirdən belə aşağı qatda qərar tutan üç canlı üçün qurtuluş olar. Belə iyrənc hadisələrin fövqündə, belə "mənzərə" qarşısında şeytan necə "təbəssüm" etməsin axı?..


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+17=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0467 saniye