Təhsil və psixoloji məsləhət Mərkəzinin psixoloqu Nuray Gültəkin qadın zorakılığınının yalnız qadının problemi olmadığını söyləmışdir.
Ayrı-ayrı fərdlərin, qeyri-hökumət təşkilatlarının, hüquq, ədalət, təhlükəsizlik və sağlamlıq işçilərinin bu mənfi halın aradan qaldırılmasında böyük köməkliyi ola bilər. Psixoloq Nuray Gültəkin qadına yönələn zorakılığın çox vaxt nəzarətsiz və cəzasız qalmasına diqqət çəkərək:"Halbuki, ailədaxili zorakılıq yalnız qadının problemi deyil.Konstitusiyamız ailəni cəmiyyətin təməli kimi qəbul edir və ailəni yaradan insanların qorunması, şəxsi təhlükəsizlikləri qanunla zəmanət altındadır.Konstitusiya ilə ailənin qorunması üçün lazımi tədbirlərin görülməsi vəzifəsi dövlətə verilmişdir.Buna gör də zorakılığın qarşısının alınması üçün dövlətin siyasəti olmalıdır. Əgər tədbir alınmasa, zorakılıq təkrarlana bilər ki, bunun da mənfi nəticələri pis ola bilər "-xəbərdarlığını etdi.
Gültəkin Nuray hesab edir ki,qadınlara qarşı belə rəftar onları işgəncəyə məruz etməklə yanaşı, haqlarını pozur və ləyaqətlərini tapdalayır.Əslində "etibarlı yer" kimi düşünülən ailədə zorakılığın olması acınacaqlıdır.Qadınlar çox vaxt ailədə gördükləri zorakılığı gizli saxlayırlar. Bunun səbəbi müxtəlif ola bilər:hədələnmə,uşaqların əlindən alınma qorxusu,abır-həya və s.Bu da çox ağır nəticələrə gətirib çıxarır.
"Zorakılığa məruz qalan qadınların fiziki, cinsi və reproduktiv sağlamlıqları pozulur.Zədə sonrası stress, çaxnaşma, fobiyalar başda olmaqla depressiya kimi ruhi narahatlıqlar, intihar cəhdləri, spirtli içkilər və dərmandan sui-istifadə kimi dəhşətli anlar yaşanır".
Uşaq gördüyü zorakılığı nümunə götürə bilər!
Zorakılığa məruz qalan qadınların yaşadıqlarının ən pis tərəfi uşaqların da buna şahid olmasıdır: "Uşağın gözü ilə baxdıqda bu zorakılığın ən dəhşətli nəticələrindən biri ananın vəfat etməsidir. Digər tərəfdən, ailədaxili zorakılığa şahid olan uşaqlar digər uşaqlara nisbətən daha çox davranış pozğunluqları yaşayırlar.Uşaqla digər davranışlar kimi bu davranışı da təqlid etməyə çalışırlar.Bu səbəbdən ailədaxili zorakılıq davranışlarına şahid olan, ya da bu davranışlara məruz qalan uşaqların problem ya da qarşıdurmaları həll etmə yolu kimi zorakılığı seçmək ehtimalı çox yüksəkdir.Bundan əlavə, həmişə zorakılıq görən ana uşaqları ilə də eyni üsulla davranar.Bütün bunlar da zorakılığın yaratdığı fəsadlardır".
Şiddət yalnız qadının problemi deyil!
Psixoloq zorakılığın qarşısının alınması istiqamətində lazım olan tədbirlər və təkliflər haqqında bunları demişdir: "Böhran anlarında kömək edilməsi, məsləhət xidmətləri verilməsi, insanlar arasında münasibətlər, qadın-kişi bərabərliyi mövzularında şəxslərin və cəmiyyətin maarifləndirilməsi kimi işlərə əhəmiyyət verilməlidir".