Nuray səhər tezdən durub yatağını tələsik yığışdıraraq geyim seçimini başladı.
-Hm! Bu yox... Bu da yox... Off,-deyib asılqanları bir-bir şkafdan çıxardaraq baxır, sonra yerinə asırdı.
-Hiii...Tapdım!- bəyaz tşört və dəniz mavisində ətəyini görəndə sevinclə qışqırıb şkafın qapağını çırpdı.
Cəld alt dodağını dişləyib gözlərini yumdu.
-Vaxsey! İndi səsə anam gələcək və...Aman! Nə var burada qorxulu? Deyərəm ki, əlimdən sürüşüb qaçdı da. Fatmagülün günahı olmadığı kimi mənim də günahım yoxdur. Bax belə!
Dişlərini ağardıb rahatca nəfəsini aldı. Asılqanı ehtiyatla yatağa buraxıb otaqdan çıxmaq üçün qapını açmışdı ki, anasının əlləri belində təhdidkarcasıa qapı ağzında dayanıb ona baxmasına udqundu.
-Şey...Anacan, şirinlərin şirini anam...
-O nə səs idi?-
-Səs? Mən səs-filan eşitmədim axı...
Anası yaxınlaşıb Nurayın gözlərinə baxdı.
-20 yaşın var. Bugün-sabah ərə gedəcəksən...
-Off! Ay ana, mən ərə gedib-gəlmək is-tə-mi-rəm. Həm siz məni o qədər çox istəyirsiniz ki, zorla və sevmədiyim birinə verə bilməzsiniz.
Nuray gözlərini tülkü kimi qıyıb uşaq siması ilə anasına baxdı. Qadın başını bulayıb mətbəxə addımlamağa başladı. Nuray əllərini bir-birinə vurub cəld vanna otağına cumdu.
Geyinib ayna qarşısına keçdi...