Şizofreen
Qırıq Qələm tərəfindən "Hekayə" bolməsinə 23:59 08 aprel 2014 tarixində əlavə olunmuşdur

Əslində məni əksəriyyəti dəli adlandırır.Amma mənə elə gəlir ki, bu heç də belə deyil.Uşaq vaxtından baxçada hörüklərimi uşaqlar tez-tez çəkişdirər, mənə “çirkin” deyərdilər.Paxıllıqdan edirdilər bunu.Mənim qalın hörüklərimə,eynəyimə paxıllıq etdikləri açıq aydın göz qarşısında idi.Yerə yıxıb sürüyərdilər çox vaxt.Dizimi qucaqlayanda indi də yara izlərini görürəm.Atam,anam,nənəm,qardaşım,bacım məni nədənsə qoruyurdular.Çünki məni çox istəyirdilər.Çünki mənim kimi dünya gözəli övlad hər kəsə nəsib olmazdı.Anam hörüklərimi yığanda həmişə mənə “yazıq gözəlçəm” deyirdi.Hə, yəqin arada onun da mənim gözəlliyimə paxıllığı tuturdu.Bir dəfə nənəm mənə dedi ki, get mənə çay süz.Bilmədim ki, özümü hansı deşiyə soxam.Sonra dinməz-söyləməz mətbəxə keçdim.Qəfədanı güclə götürə bildim,çox ağır olsa da.Nənəmə çayı verəndə əlim titrədi və çay onun üstünə töküldü.Nənəm mənə dedi ki: “Axmağın biri,Allah səni hər cəhətdən şikəst verib bizə.Səni zəlil olasan,canımız ömürlük qurtula səndən”.Bu sözlərə fikir vermək istəmədim.Eee gicdir də nə edim ki, qoy nə deyir desin dəə.Otağıma keçdim.Bilirsən əziz bunu oxuyan,dərs oxumaq çox vacib işdir.Ancaq dərs oxumalıydım.Bunu atam,anam mənə məsləhət görmüşdü.Dərslərimi gecəyə qədər oxumaq mənim borcum idi.11-ci sinifə çatanda məktəbi əlaçı olaraq bitirdim.Həkim olmaq istəyirdim,oldum da.İndi xəstələrimi müalicə edirəm.Amma onlar haqqında sonra danışaram daa.Universitetə gedəndən ancaq dərs oxuyurdum.Başqa şeylərə ehtiyac yox idi,artıq şeylərə.Amma bir dəfə  qrupumuzda Emin adında bir oğlan yaxınlaşıb məndən tapşırığı onun üçün yazmağımı istədi.Qıraqda həyasız qızlar gülüşürdü.Çünki Emin qrupun ən yaraşıqlı oğlanı idi.Mənə yaxınlaşmışdı.Yəqin sevirdidə məni.Qızlar əsəbdən gülüşürdü.Çünki ən ağıllı,gözəl qız mən idim.Eynəyimi gözümə yaxınlaşdırıb ona “yaxşı” dedim.Emin mənə gülümsünüb getdi.Tapşırıq dəftərinin  qıraqlarına ürək şəkilləri çəkdim.Qoy o,utanmasın etiraf etsin deyə.Eminə dəftəri verdim.Amma səhəri gün Emin mənə dedi ki, “Dəftərimə ürəy zad çəkmə birdə”.O, belə etdi ki,qızlar daha da əsəbləşməsin,paxıllıqları tutmasın.Emini kolidorda başqa qızlarla gəzdiyini görürdüm.Dəlidi də elə eliyirdi ki,mən onu qısqanım.Həm də heç kəs şübhələnməsin heç zaddan.Universitet günlərimiz çox xoş keçirdi onunla.Bir dəfə də dəftərinə ürək şəkli çəkmişdim.Əsəbləşib dəftəri üzümə çırpmışdı.Dəlidi də,arada əsəbləşir.Amma olsun məni sevdiyindən elə edirdi.Bir dəfə amma atam məni çağırıb dedi ki, məni qohumlarının oğlu Ənvərə ərə verirlər.Heç nə deyə bilmədim.Ay Allah,axı bəs Emin mənsiz nə edəcəkdi?! Heç nə demədim.Başımı əydim,razı olmağa məcbur qaldım.Bütün gecəni yorğanımın altında ağladım.O hadisədən 2 ay sonra Ənvərlə evləndim.Ənvər özündən məni soyutmaq üçün mənə tez-tez “Lənətə gəlmiş nəyə də oxşuyursan,ifritələr belə səndən gözəldir” deyirdi.Amma mən bilirdim.Mən gözələm.Heç kəs bunu qəbullanmaq istəmirdi.Ənvərlə körpəmiz olandan sonra işlər yaman dəyişdi.Mənə dedi ki, gedir Rusyətə pul qazanmağa.O gedən getdi.Gəlmək bilmirdi.Məktublarım cavabsız.Bilirdim ki, pul qazanır ki, mənə,körpəmizə təzə ev alsın,xoşbəxt olaq.Çirkin Ənvər nəyə də oxşuyurdu.Heç sevmirdim onu.Axşam yatmaq istəyirdim amma yata bilmirdim heç cürə.Bir gecə uşaq yaman mızıldadı.Beşiyi dəli kimi salladım.Sürətlə çox sürətlə.Kirimək bilmirdi.Uşağı götürüb yerə çırpdım.İndi daha da ağlayırdı.Əlacsız qalmışdım.Mətbəxə qaçdım.O,hələ də mələyirdi.Şkafdan dəmir borunu götürüb onun üstünə şığıdım.Başına-başına dəfələrlə vurdum.Sonra nəsə elə bil başı yarılmışdı,qan axırdı.Amma əsas o idi ki,onu susdura bilmişdim.Qucağıma alıb onu öpdüm.Xətrinə dəymişdim deyə nəfəs almırdı.Bildirirdi ki, “Ana,mən səndə küsmüşəm.Nəfəs almıyacam.Danışdırmayacam səni.Qal elə”.Hə,hə yəqin elə deyirdi ürəyində.Hiss eliyirdim.Günlər,həftələr boyunca mənnən danışmadı.Sonra baxanda gördüm ki,ölübmüş sən demə.Aaa dəlinin biri.Balaca dəli günlərcə məndən küsüb deyə nəfəs almayıb,ölüb.Səsi də çıxmır.Qucağıma alıb onu bağrıma basdım.Yazıq özünə görəsən niyə belə etmişdi deyə düşündüm.Gecə lapatkanı götürüb baxçamıza endim.Yeri qazıb onu basdırdım.Qoy rahat yatsın.Amma ona əccəb oldu.Məndən küsdü,nəfəs almadı,özünü öldürdü.Qoy indi getsin.Onu basdıran kimi getdim yatmağa.Rahat yatdım.Səhər əlimi üzümü yuyub,yeməyimi yemişdim ki,qapı döyüldü.Tez anamın sözü yadıma düşdü ki,qapını tanımadığım adamlara açmıyım.Qapıya yaxınlaşıb “Kimdi?” dedim.Səs gəldi ki, “Mənəm,anan”.Qapını açdım.Üzümnən öptü.Anam soruşdu ki, “bəs uşaq hanı?”.Mən də dedim ki, bəs uşaq özünü öldürdü.Mən də onu bağçada basdırdım.Anam üzümə heyrətlə baxdı.Hörüyümdən tutub,məni döyəcləməyə başladı.Ağlaya-ağlaya onun əlindən güclə qurtulub divarın küncünə qaçdım.Kiməsə zəng elədi.1 saata polis,ambulans,atam,bacım,qardaşım bizə tökülüşdü.Bir qadın əlində iynə mənə yaxınlaşıb dedi ki, “Qorxma,gəl bura ağıllı qız.Sənə biraz sakitlik lazımdır.Qolunu uzat mənə”.Qolumu uzatdım.Mənə sakitlik lazım idi axı.Düz deyirdi arvad.Qoluma iynəni vurandan sonra elə bil yuxum gəldi.Gözümü açanda özümü indiki yerimdə-xəstəxanamda tapdım.Mənə elə qəşəng vəzifə,ağ paltar veriblər ki.Xəstələrim də var burda.Tez-tez yoxluyuram hamsını.Düzdür biraz elə bil onlarda çatmır.Amma yaxşı adamlardı hamsı.Çox istəyirəm hamsını.Köməkçim var bir dənə.Elə bilir ki,həkimdir də indi.Hahhahah mənim onu görəndə gülməyim tutur.Yazıq şəfqət bacısı.Sıradan hizmətçi.Mənim kimi həkim ola bilməz o.Mənə ağıl öyrədir guya.Dərman verir mənə.Onun xətrinə dəymək istəmirəm deyə guya dərmanları udub dadına baxıram.O,gedən kimi çarpayımın altında gizlədirəm.Sonra da dərmanları xəstələrimə verirəm.Qoy sağalsınlar.İndi pəncərəmin yanında oturmuşam.Ərik ağacları çiçəklənib qəşəngcə.Xəstələrimin adını gözdən keçirirəm.Mən doğurdan da çox istedadlı,ağıllı və gözələm.....İndi isə ən yaxşısı gedim xəstələrimə baş çəkim.....


... dəfə oxunub
Qiymət: 5/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+8=
Hesaba giriş
Müəllif

Qırıq Qələm
Əlaqə
E-mail:
efsane_z@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0239 saniye