«Silent Hill» həqiqətdirmi?
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 00:46 02 dekabr 2015 tarixində əlavə olunmuşdur

Silent Hill – bu şəhər əksəriyyət üçün yalnız kompüter oyunundakı qorxunc, uydurma bir şəhərdir.

Amma bu şəhər həqiqətən mövcuddur və neçə 10 illiklərdir ki, burada yeraltı yanğınlar baş verir. Bu ABŞ-ın Pensilvaniya ştatının Sentraliya şəhəridir. Bu şəhərdə yeraltı yanğınlar 50 ildir ki, davam edir. Şəhərdə yeraltı yanğın 1962-ci ildən başlamış, indiyədək davam etməkdədir.

Yeraltı yanğınlara səbəb yerli yanğınsöndürənlər olmuşdur. Belə ki, vaxtilə kömür mədəni olmuş və sonralar istifadəsi dayandırılmış bu yer daha sonralar zibillik kimi istifadə olunurdu. Ətrafdakı yaşayış yerlərindən gətirilən zibillər ora atılırmış. Həmin yer zibillə dolduqdan sonra isə yerli administrasiya zibilliyin yandırılaraq məhv edilməsini yerli yanğınsöndürənlərə həvalə edir. Yanğınsöndürənlər zibilliyi yandırırlar. Sən demə, istifadəsi dayandırılmış bu kömür mədənində ABŞ-ı 100 illərlə təmin edə biləcək qədər kömür varmış. Zibillik yandıqdan sonra yanğın yerin altındakı kömür süxurlarına keçir. O vaxtdan indiyədək yeraltı kömür süxurları yanmaqda davam edir. Bu yanğın qarşısıalınmaz və söndürülməsi qeyri-mümkün olan bir işdir. Alimlər hesablamışlar ki, bu yeraltı yanğın hələ 250 il davam edəcəkdir.

Maraqlısı budur ki, yeraltı yanğın baş verən vaxtdan 17-18 il sonrayadək yerli administrasiya buna heç bir əhəmiyyət verməmiş, yerli əhali arasında dəm qazından zəhərlənmə və zəhərlənmədən ölüm hallarının olmasına belə məhəl qoyulmamışdır.

Yerli və ətraf əhali arasında dəm qazından zəhərlənmə halları kütləvi hal aldıqdan sonra 1979-cu ildə artıq hökumət məsələyə önəm verməyə başladı. 1981-ci ildə baş vermiş bir neçə bədbəxt hadisə isə höküməti bu məsələni ictimaiyyətə çatdırmağa məcbur etdi. Belə ki, 1981-ci ildə şəhərdəki yanacaqdoldurma məntəqəsinin yanacaqla dolu olan yeraltı rezervuarlarında heç bir yerüstü səbəb olmadan partlayış baş verir. Həmin vaxt ev, həyətqarışıq və həyətdə oynayan 12 yaşlı uşaq 50 metr dərinliyi olan küllüyə batır. Xoşbəxtlikdən uşaq ağır xəsarətlər alsa da, ölümdən qurtulur.

Bugün də Sentraliya şəhəri əsl xəyalətlər şəhəridir. Bu şəhərin küçələrində gəzmək belə çox təhlükəlidir. Bir də görürsən şəhərin küçələrindən biri bina ilə birlikdə çökdü. Buna səbəb yerin altındakı kömür laylarının yanıb kül olmasından sonra yerin altında boşluqların yaranmasıdır.

Qeyd edək ki, vaxtilə Sentraliya ABŞ-ın ən çox əhali yaşayan şəhəri idi. Hal-hazırda şəhərin əhalisi 9 nəfərdən ibarətdir. Bu 9 nəfər nə baş verir-versin, öz doğma şəhərlərini tərk etməyəcəklərini bəyan etmişlər. Bu da onların öz şəhərlərinə olan sonsuz sevgilərindən irəli gəlir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+30=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0882 saniye