Sınaq
Vüsal Məmmədli tərəfindən "Hekayə" bolməsinə 03:05 11 may 2012 tarixində əlavə olunmuşdur
Iki min onuncu il mart ayının onu. Saat altıya on dəqiqə işləyirdi. Sübh namazının vaxtı yenicə girmişdi. Məsciddən azan səsləri ucalırdı. Allahın dostu olan kəslər artıq sübh namazına hazır idilər. Azanın səsi onların mənəvi ruhuna oxşayırdı. Allah adını yalandan and içdikdə inandırıcı faktor kimi istifadə edənlər hələ də yuxuda idilər. Azan səsi onların qulaqlarına belə yaxınlaşmırdı. Çünki onlar oyaqkən belə bu səsin mənəvi zövqündən məhrum olan kəslərdir. Şükür ilahi şükür deyə Davud kişi onların sıralarında olmadıgı üçün Allaha həmd edirdi. Allahın dostu olduğu üçün fəxr edirdi. Gün ərzində beş vaxt namazın qılıb Allaha dərdini anladardı. Davud kişinin dərdi cox da böyük deyildi. Gündəlik ruzisinin olmasını və boynunda olan ağrıların getməsini dilərdi. Davud kişi əlli yaşında olmasına ramən öz ruzisini çətin də olsa özü qazanırdı. Həyatda Süleyman adlı dostundan basqa kimsəsi yox idi. Amma həyatından çox məmnun idi. Çünki bu çətinliklərin bir gün bitəcəyinə və sonunun cənnət olacağına inanırdı. Mart ayının on beşi idi. Davud kişi sübh namazının səsinə oyanmışdı. Ibadət etmək üçün ayağa qalxmağa çalışırdı. Amma boynundakı ağrılar onu zorlayırdı qalxmağa. Davud kişi səhər açılan kimi həkimə getməyə qərar vermişdi. Ibadət etdikdən sonra iş vaxtının gəlməsini gözləyirdi. Boynundakı ağrıların nədən ola biləcəyini düşünərkən xeyli zaman keçmişdi. Saat ona on iki dəqiqə işləyirdi. Davud kişi həkimə getmək üçün hazırlandı. Yolunu ən məhşur xəstəxanalardan birinə saldı. Artıq həkimin qəbulunda idi. Müayinə olunduqdan sonra həkimin göstəriciləri üzrə analiz verdi. Cavabların çıxması üçün bir neçə saat gözləməli idi. Davud kişi cavabları gözləyə- gözləy Allaha şükür və zikir edirdi. Xəstəxanada gözlədiyi bir neçə saatı Allaha ibadətlə keçirdi. Davud İmanov! Buyur cavablarınız hazırdı-deye tibb bacısı səsləndi. Davud kişi cavabları alaraq dərhal həkimin qəbuluna getdi. Həkim cavabları incələdikdən sonra dərindən nəfəs alaraq Davud kişinin yaşını sordu. Əlli deyə Davud kişi cavab verdi. Ortaya sakitçilik çökmüşdü. Davud kişi sizinlə açıq danişacam deyə həkimin səsi sükunəti pozdu. Buyurun həkim mənim Allahdan başqa hec nədən qorxum yoxdu-deyə Davud kişi səsləndi. Həkim danişmağa davam elədi. Xəstəliyiniz çox ağırdı. Müalicə mümkun deyil. Xəstəliyiniz xeyli inkişaf edib və nəzarətdən çıxıb deyə həkim bildirdi. Davud kişi xəstəliyinin nə olduğunu soruşdu. Bəd şişləriniz var deyə həkim cavablandırdı. Bu sizin həyatınız üçün böyük riskdir. Bunları eşidən Davud kişini tər götürmüşdü. Çünki o bu xəstəliyin nə olduğunu bilirdi. Bilirdi ki bu xəstəliyə tutulanların ömrü qısadır. Onu da bilirdi ki atası məhz bu xəstəlikdən vəfat edib. Atasının son günləri gözünün önünə gəldi. Həkimin yazdığı dərmanları alıb evə döndü. Davud kişini üşütmə tutmuşdu. Dərhal yatağına girdi. Gözləri yaşardı. Yox yox ! Davud kişi ölümdən qorxmurdu. O bu xəstəliyin ağrılarına dözə biləcəkmi,ağır iynələri qəbul edə biləcəkmi deyə düşünürdü. Düşünə -düşünə Davud kişini yuxu aparmışdı.Məsciddən ucalan azan səsi Davud kişini oyandırdı. Ayağa qalmağa çalışdı. Amma sanki bədəni üzərində hakimiyyətini itirmişdi. Xəstəlik bir neçə saat ərzində ona qalib gəlmişdi. Bir az toxtayım qılaram namazı deyə düşünməyə başladı. Bir az dua etdikdən sonra Allaha şikayət etməyə başladı. “Axi mənim böyük bir yanlışım olmadı İlahi. Nə idi bu aciz qulunu gunahı!? Ki, sən mənə bu cür dərd verdin. Davud kişi Allaha sadəcə şikayət etmirdi. Bu yaradana qarşı bir üsyan idi. Davud kişinin dilindən səslənən bu ifadələrdə şeytanın da rolu az deyildi. O Davud kişini mudafiəsiz anda yaxalamışdı. Onun sağlam düşüncəsini şübhələrlə sarsıdırdı.Davud kişi günlərcə bu düşüncələrə qapıldı. Bu günlər ərzində o bir dəfə də olsun namaz bele qılmamışdı. Axı qılmamaq üçün yaxşı bəhanəsi var idi. O bərk xəstə idi. Müalicə olmasına baxmayaraq Davud kişini ağrıları daha da sərtləşmişdi. Tezliklə bu ağrılardan yaxa qurtarmaq üçün yol axtarırdı. Artıq tapmışdı. Içki! Bəlkə bu vücudumu keyidər və mən də rahat yaşayaram deyə Davud kişi düşünürdü. Düşündüyü kimi də oldu. Davud kişi hər gün artıq içki qəbul edirdi. Ağrıları da azalmışdı. Əyləncə sahəsi də xeyli genişlənmişdi. Ona mane olacaq dini qaydalar da artıq unudulmuşdu. Davud kişi bu günlər ərzində işə də çıxmamışdı. Əlində pulu belə qalmamışdı. Evini satmağa qərar vermişdi. Axı ömrünə az qalıb. Bu zamanı yaxşı dəyərləndirmək lazımdı deyə düşünürdü. 2012-ci il yanvar ayının 12-si idi. Süleyman kişi ayın onuna bilet almasına baxmayaraq hava şəraiti ilə əlaqədar iki gün vətəninə gecikmişdi. Bu iki gün ona vətəndən uzaq olduğu iki il qədər gəmişdi. Hava limanında Süleyman kişini ailəsi qarşıladı. Ordan –burdan söhbət edə-edə evə çatmışdılar. Süleyman kişi taksi sürücüsünü razı salıb maşından düşdü. Icəri keçərkən gözü binanın tinində oturan bir nəfərə sataşdı. Uzun saqqallı,geymi yaman gündə olan bu adama nəzər yetirməmək mümkün deyildi. Bu yazıq kimdi dey Süleyman kişi oğlundan soruşdu. Davud dayıdı ata. Bizim davudmu? Süleyman kişi dərhal onun yanına getdi. Onun qolundan tutub öz evinə qaldirdi.Davud kişi xeyli zaman idi ki,nə belə isti evdə olmuşdu nə də belə rahat stulda əyləşmişdi. Gecə boyunca nə ona verilən bir suala cavab verdi,nə Süleymanın üzünə baxdı,nə də süfrəyə qoyulan nemətlərdən daddı. Başı aşağı susub durmuşdu. Bəlkə də bu utanmağın çox acı ifadəsi idi.Süleyman kişi bütün olanları ailəsindən öyrəndi. Davud kişini səhmana salıb,qısa zaman içində onun sənədlərini hazırladı. Müayinə olunmaq üçün onu özü ilə xaricə apardı. Davud kişi müayinədən keçmişdi ,analizin cavabları da hazır idi. Süleyman kişi ilə birgə həkimin qəbuluna düşdülər. Həkim cavablara baxdıqdan sonra üzünü Davud kişiyə tutdu. “ sizin hec bir bəd şişiniz yoxdu. Ümumiyyətlə bu xəstəlik sizdə olmayıb”.Davud kişinin gözləri parlamışdı. Içində yenidən yaşamaq həvəsi canlanmışdı. Axı onu bu acı vəziyyətə salan səbəb bu xəstəlik idi. Artıq o da yox idi. Tez Allaha şükür edib ondan bağışlanma dilədi.Həkim davam etdi: “Amma sizin çox ciddi xəstəliyiniz var. Ağ ciyərləriniz sıradan cıxıb. Özünüzü möhkəm soyuğa vermisiniz. Təəssüf ki, sizə qarşıda ömrünüz uzundu deyə bilməyəcəm.”Davud kişinin üzündə qəribə bir təbəssüm vardı. Dodağlarda gülüş,gözlərində qəm. O başa düşürdü ki ,bu xəstəliyi çöldə yaşadığı bu son bir ildə tapıb. Onu da anlayırdı ki,bütün bu yaşananların günahkarı yalnız onun özü deyil. Davud kişinin içində böyük bir peşmanlıq vardı. Beynində dəfələrcə bu sözü təkrarlayırdı. “kaş həmin gün həkimə getməzdim!"

... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+19=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədli
Haqqında
İnsan hər zaman dünənki halından daha yaxşı olmalıdır, dəyişməlidir.
Əlaqə
E-mail:
vusal_mamedli@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0378 saniye