15-ci əsrdə yaşamış italiyalı rəssam Filippo Lippinin bu əsəri ətrafında bir çox elmi müzakirələr aparılıb. Səbəb isə, rəssamın əsərdə təsvir etdiyi qeyri-adi cismdir. Rəsmdən belə aydın olur ki, cism hərəkətdədir. Çünki yanında it dayanmış bir nəfər onu müşahidə edir. Bu cismi hansısa dini inancla əlaqələndirmək mümkün olmayıb. Bəs həmin cism, əslində, nədir? Cavabı hələ ki heç kimə məlum deyil...