Sirr
O elə bir quşdur səmalarda ki,
O uçan zirvədə uçan olmayıb.
O elə bir ceyrandır bu çöllərdə ki,
Ondan irəlidə qaçan olmayıb.
Onsuz kim yaşayar, hansı ölkədə?
O lap buludları qoyur kölgədə.
Günəş də heyrandır ona bəlkə də,
Onun tək işıq da saçan olmayıb.
Yusifi ehtiyac gətirdi dilə,
İnciyib qələmi götürdü ələ.
Doğulmub belə bir filosof hələ,
Pulun fəlsəfəsin açan olmayıb.
Yusif Nazim Ərəbsoy