sirrli gece
Vüsal Oruclu tərəfindən "Hekayə" bolməsinə 05:56 26 fevral 2015 tarixində əlavə olunmuşdur

Chevy Alabamanın işıq dirəkləri ilə bəzədilmiş,sakit ''Halls Mill Road'' adlı küçəsində görüşdü bu dəfə dostları ilə.Hamının üzündə bir yorğunluq var idi.Chevy arada dişlərinin arasında sıxdıgı siqardan tüstü vurur,özünü ələ almağa çalışırdı.Ortadakı sevimli sakitliyi Jordan pozdu :

-Nə deyirsiz,indi nə etməliyik?

Heç kimden səs çıxmadı.Dostlar o qədər dərin fikirə getmişdilər ki, Jordan'ın səsini eşidib-eşitmədikləri belə məlum deyildi.Çox keçmədən John'un cavabı hər şeyi dəqiqləşdirdi:

-Nə etdiyimizi və nə etməli olduğumuzu bilmirəm.Bircə onu bilirəm ki,biz heç bir halda bunu gözləmirdik.

-Mən ya hələ də hadisənin necə baş verdiyini anlamıram,ya da anlamaq istəmirəm.Heç birimiz qəbul etmirik,bəlkə Tanrı bizi cəzalandırmaq istədi sadəcə? -deyə Chevy qoşuldu.

Adəti üzrə izah verməyi xoşlayan Jordan :

-Bilirsən Cehvy,hər şey bizim diqqətsizliyimiz və düşüncəsizliyimiz üçün baş verdi.Bizim yaxınlarımızın öldürülməsi,bizə bu qədər zərər verilmesi bizim günahlarımızdır.Necə ola bilər axı.Necə ola bilər ki,onlar bu qədər insanlıqdan çıxa bilər?Bilmirəm,bu vəhşiliyi törədəndə ağıllarını başlariıdan çıxaran nə idi.Amma ürəyimin dərinliyində məni belə bir şeyin olduğuna inandıran bir hiss var.Hər halda bu heç də yaxşı olmadı və işin ən bəbad tərəfi də..

John Jordan'ın sözünü kəsdi:

-Ən  bərbad tərəfi də heç kəsin bizə inanmamasıdır.. Amma,bizim bir nömrəli işimiz bunu hamıya çatdırmaqdır.İnansalar da,inanmasalar da.

Jordan işarə və orta barmağı ilə gicgahını ovuşdura-ovuşdura :

-Məncə,biz qisas almalıyıq.Onların bizə etdiklərinin eynisini onların başına gətirmək.Bundan daha parlaq bir fikir gəlmir ağlıma.

Ortada bunlar kimi yüzlərlə düşüncə açıqlandı.Chevy isə dostlarını dinləyirdi.Sonda hər zamanki kimi bu cür ciddi məsələlərdə son qərarı verən biri olaraq sözə başladı :

-Bilirsiz,qisas insanı məhv edən ən vəhşi hissdir.Siz elə bilirsiz biz sizin dediklərinizi eləsək nələrisə əldə edə bilərik?Məsələnin kökü tamam başqa yerlərdə gizlədilib.Ən vacibi isə heç bir məntiqsiz hadisəyə eyni şəkildə cavab verilməməlidir.(Chevy'nin sözləri xoşuma gəlməyə başlayırdı) Çox sıxıntılı və gərgin gün keçirmişik.Gecəni rahat və etibarlı bir yerdə keçirin ,sabah görüşərik. Hadisə barəsində isə çox fikirləşib,özünüzü boş yerə yormayın..

Jordan titrək səslə :

-Çox qəribə və qorxuducudur hə,Chevy? dedi

-Hə,lap 'Xocalı'nı xatırladır.. deyə cavab verdi Chevy.

John'un üzündə bu sözü həyatında ilk dəfə eşidirmiş kimi bir ifadə yarandı və əhəmiyyətsiz bir şey olduğunu düşündüyü üçün dərhal da yoxa çıxdı.

-Düz deyirsən,Chevy.Düz deyirsən.

Artıq yaşadıqları hadisənin təsirindən,həyatları da şübhə altında olan dostlar bir-birlərinin əllərini sıxıb, Halls Mill Road küçəsinin qaranlığında itdilər.Bir dəqiqədən sonra ortada soyuq asfalt və bulanıq ay yansımasından başqa heç nə yox idi.Və mən hələ də dostların söhbətindən heç nə anlamamışdım..


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+32=
Hesaba giriş
Müəllif

Vüsal Oruclu
Əlaqə
Tel.:
+37120580770
E-mail:
vusalorujlu@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0185 saniye