Siyonistləri Fələstinə aparan yol
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 16:38 10 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Siyonizm  (mənbəyini Qüds yaxınlığındakı Sion dağından alıb)  termini  ilk dəfə,  19-cu  yüzilliyin  sonlarında  Budapeştdə  doğulan,  yəhüdi əsilli,  hüquqşünas - jurnalist  Teodor  Herzl  tərəfindən  dünya  gündəminə  gətirildi.  Bu  üzdən  onu,  siyonizmin atası adlandırdılar. Sionizmin  həmin  dönəmlərdə  siyasi  müstəviyə  çıxarılması,  əsas etibarı  ilə,  Fransada  yəhüdilərə  qarşı  baş  qaldıran  aqressiv münasibətlərdən  qaynaqlanırdı.  Avropada  yəhüdilərə  qarşı  günbə-gün  artan  qəzəb  və  nifrət  hissləri  Teodor  Herzli  çox əndişələndirirdi.

1892-ci ildə,  Teodor  Herzl  tərəfindən  “Yəhüdi  Dövləti  (Der Judenstatt)”  adlı  kitab  işıq  üzü görür.  O,  bu  kitabında  yəhüdi probleminin  köç  etməklə  çözülməyəcəyini  qeyd  edir,  məsələnin yalnız yəhüdi  dövlətinin  qurulması  ilə  həll  olunacağını  göstərirdi. T. Herzlin  bu  kitabı  qısa  zamanda  böyük  sürətlə  yayılmağa  başladı. Kitabdan  kiçik  bir  sitat:  “Üzüntümüz  qısa  zamanda  bizi  bir - birimizə bağladı  və  beləcə  anidən  gücümüzü  kəsb  etdik.  Bəli,  biz  bir  dövlət yaradacaq  qədər  güclü,  gerçəkdən  örnək  bir  dövlət  quracaq  qədər qüvvətliyik”.

29-avqust  1897 - ci  ildə,  Teodor  Herzlin  təşəbbüsü  ilə,  İsveçrənin Bazel  şəhərində  1-ci  Siyonist  Dünya  Konqresi  toplandı.  Konqresin gündəliyində  duran  ilk  məsələ,  yəhüdilərin  yeni  bir  dövlət  qurması idi.  Qurulacaq  ölkənin  harada  olması,  öncə  o  qədər  də,  önəm daşımadı.  Hətta  siyonizmin  banisi  T. Herzlin  “ Uqanda  planı ”  adı  ilə məşhur  olan  ideyasına  görə,  o,  ilk  Uqandanı  ideal  vətən  olaraq düşünürdü.  Lakin,  bir  müddət  sonra,  digər  sionist  fikir daşıyıcılarının  da  ortaq  fikirləri  nəzərə  alınaraq  Fələstində  qərar tutuldu. Fələstinin seçilməsində  əsas  səbəblərdən  biri  də,  bu  torpaqların  yəhüdilərə vəd  edilməsi  idi.  Fəqət  bunun  kim  tərəfindən,  nə  zaman  vəd edilməsi  bu  günəcən  də,  tam  açılmamış  sirr  olaraq  qalmaqdadır.  Və  yaxud,  belə  bir  vəd,  ümumiyyətlə, tarixən mövcud  olubmu?..

Yəhüdilərin Fələstində  yeni  bir  dövlət  yaratmaq  arzuları  artıq gerçək  bir müstəviyə  keçməyə  başlamışdı.  Ancaq  o  dönəmlərdə Fələstinin  Osmanlının  mülkündə  yer alması, bu  məsələnin  qısa zamanda həll  olunacağına  təminat  vermirdi.  Məhz  bu  üzdən,  siyonist konqresinin bir - neçə  üzvü  Teodor  Herzlin  rəhbərliyi  ilə,  Osmanlının paytaxtı  İstanbula  yola  düşür.  Bir  xeyli  çəkən  danışıqlardan  sonra,  Sultan  ikinci  Əbdülhəmid  görüşə  razılıq  verir.  Bu  görüşü  uzun zamandan  bəri  səbrsizliklə  gözləyən  yəhüdi  heyəti,  Herzlin hazırladığı  plana  uyğun  olaraq,  Sultan  ikinci  Əbdülhəmidin  qarşısında  özlərini   ən  “ zülmkeş ”,  ən  çox  “ haqsızlıqlara ” məruz qalmış  bir  xalq  kimi  təqdim  edir.  “ Məsum ” çıxışların  ardından Teodor  Herzl  Sultana,  onlar  üçün  Fələstində  ayıracağı  kiçik  bir  ərazi müqabilində  Osmanlının  bütün  xarici  borclarını  ödəməyə  hazır olduqlarını  bildirir. Sultan  ikinci  Əbdülhəmidin  bu,  könül  bulandırıcı təklifə  qarşılıq  Herzlə  verdiyi  cavab  isə,  qızıl  hərflərlə  tarixin yaddaşına  həkk  olundu.  “Bu  məsələdə,  daha  bir  addım  belə atmayın.  Ölkəmin  bir  çınqılını, daşını  belə  sata  bilmərəm.  Çünki o mənim  deyil,  xalqımındır.  Bu  dövlət  onu  qanı  bahasına  aldı,  onu qanı  bahasına  yaşatdı.  Kimlərinsə  qəsb  etməsinə  izin  vermərik, qanımız  bahasına  qoruyarıq.  İki  tabor  əsgərlərimiz  Suriyada  və Fələstində  döyüşdü.  Mühasirəyə  alınıldı,  bir – bir  şəhid  edildi.  Əsir düşməkdənsə  döyüş  meydanında  şəhid  olmağı  üstün  tutdu.  Osmanlı  dövləti  mənim  deyil,  xalqındır.  Heç  bir  qarışını  da  verə bilmərəm.  Qoy,  yəhüdilər  milyonlarını  özlərində  saxlasınlar.  Osmanlı mülkü  parçalanarsa,  Fələstini  qarşılıqsız  da  ala  bilərlər.  Bu  da  var ki,  bu  dövlət  cəsədlərimiz  çeynənmədən  parçalanmaz.  Nə üçün olursa  olsun,  kimsə  bizi  bir - birimizdən  ayıra  bilməz ”.  Sultanın  bu mükəmməl  cavabı,  Herzl  və  onunla  gələnlərin  ümidlərinin  üstündən xətt  çəkdi.  Böyük  xəyal  qırıqlığı  ilə  geri  dönən  Herzl  öz siyonist silahdaşlarına  son  olaraq  belə  dedi:  “  Sultan  Əbdülhəmid  ölmədən Fələstin  biz  yəhüdilərin  olmaz.  Onun ölümünü gözləməliyik ”.

Osmanlı  dövlətinin  rədd  cavabına  rəğmən,  Herzlin  yəhüdi  dövləti qurmaq  uğrunda  apardığı  mübarizəyə  qoşulanların  sayı  azalmadı. Avropanın  aparıcı  qəzet  və  jurnallarında  bu  məsələ,  daima gündəmdə  saxlanılırdı.  Herzl  özü  isə,  Fransanın  əksər  qəzetlərində ardıcıl  olaraq  “ məzlum ”  yəhüdilərin  təssübkeşliyini  çəkməkdə davam  edirdi.  Teodor  Herzlin  yeni  yəhüdi  dövləti  yaratma fikirlərinə inamsız, ümidsiz  yanaşanlar da vardı.  O  isə,  belə ümidsizliyə qapananlara  bildirirdi  ki,  gec - tez  bu  dövlət  qurulacaq,  istər  indi, istər  əlli  il  sonra... 1904-cü  ildə  Teodor  Herzlin  ölümü  yəhüdiləri  çox  sarsıtsa  da,  siyonizm  banisinin  fikirləri  xələfləri  tərəfindən “müqəddəs”  əmanət  kimi  qorundu.

Birinci  Dünya  Savaşı  sionistlər  üçün  bir  fürsət  oldu. Artıq  1915 – ci  ildən  başlayaraq  Avropa   yəhüdilərinin   Fələstinə  mərhələli  köçü  başladı.  Savaşın  ilk  dövrlərində,  Fələstinə  yerləşən yəhüdi  sayı  təqribən  40 - min  nəfər  idisə,  müharibənin  sonunda  bu rəqəm  artıq   250 - minə  çatmışdı.  Buna  başlıca  səbəblərdən  biri   isə,  təbii  ki,  Osmanlının  Birinci  Cahan  savaşında  məğlub  duruma düşməsi idi.  1918-1939  cu  illər  yəhüdilərin  Fələstində “quruculuq” dönəmi  idi.   Lakin  ikinci  Dünya  müharibəsinin başlaması ilə, sionizm atası  Herzlin  xələflərinin  yeni  dövlət  arzusu  təxirə  düşməli  olur. Amma,  yəhüdilər  üçün  də,  keçərli  olan  “ hər  şərdə, bir  xeyir  var ” məsəli,  çox  keçmədən  öz  bəhrəsini  verir.  1947-ci ilin sonlarında  BMT – nin  qərarı,  nəhayət  ki,  Teodor  Herzlin  bir  zamanlar  yəhüdilərə verdiyi  sözü  gerçəyə  qovuşdurur.  Bölgədə  yeni  bir  qeyri - müsəlman dövlətin  qurulması  Fələstin  üçün  açıq - aşkar  siyasi  tcəcavüz  idi. Eyni zamanda, Suriya və Misir də  bu  qərarı sinirə bilmədi. Qonşu müsəlman ölkələrin  hərbi  yardımla  Fələstinə  “ sevgisi ” ni  göstərmə jestinin ağrılarını isə,  yenə  də,  elə  Fələstin  özü  çəkməli  oldu. Qaş düzəltmə eşqinə düşən Misir, arxası təməlli  bir siyonizmə söykənən yəhüdi gücünə çox duruş gətirə bilmədi və çox keçmədən Fələstni kor halda buraxmaqla işini bitirmək qərarı verdi. Aradan  70-ilə yaxın zaman keçməsinə rəğmən, yenə də, tarix adlı arabanın çarxı eyni qaydada fırlanmaqdadır. Ötən bu uzun zamanın içində, bir  tərəfdə  zülmə  məruz qalan məzlum fələstinli, bir yanda zülm  verən, əli  silahsız  müsəlman  qanına  susamış  siyonist Herzlin  amansız  davamçıları. Əfsuslar olsun ki, dünyanın məzlumun yanında deyil, zalımın yanında qərar tutması çağdaş sivil dünyada bu gün də davam etməkdədir. Siyonistləri müqəddəs torpaqlara aparan yolun önünü kəsən Əbdülhəmidlərin, Kərkük türkmənlərini zalımın zülmündən hifz edən Sultan Muradların yoxluğu indi daha aydın hiss edilməkdədir.

Fələstin – indi  bu  yerin əzəli yerlisi olan fələstinli özünü yersiz, buranın gəlməsi olan yəhüdi özünü yerli  zənn  edir.  Bu günün fələstinlisi, indi sabahını   günəş  işığı ilə,  yoxsa  mərmi  yağışı  ilə açacağını daha çox düşünür. Zalımın zülmü, məzlumun Allahı var-deyərlər. Allah bizləri siyonist bəlalarından hifz etsin...


... dəfə oxunub
Qiymət: 9/10(12 səs)
[qiymət ver ]
Şərh yaz
9+12=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0338 saniye