Sıyrılıb xəncər qınından çıxmasın,bəs neyləsin....
Sıyrılıb xəncər qınından çıxmasın,bəs neyləsin,
Yandırıb düşmən ürəyin yaxmasın,bəs neyləsin?
****
Torpağım düşmən əlindən zar qılıb inlər,nedim,
Göz yaşım leysan,gözümdən axmasın,bəs neyləsin?
****
Möhnətim,dərdim,sərim,qan yaddaşım,Qarabağım,
Yumruğun şeşpər edib xalq sıxmasın,bəs neyləsin?
***
Kəlbəcər,Ağdam,Laçından keçmə yan,işğaldadır,
Zəngilan boynun büküb kəc baxmasın,bəs neyləsin?
***
Öz elindən ayrı düşmüş millətim,qaçqın olub,
Ayrılıq könlüm evin çün yıxmasın,bəs neyləsin?
***
Tayqulaq at oynadır,yurdum talan,olmuş viran,
İt,qulağından kəsəndən qorxmasın,bəs neyləsin?
***
El igidlərnən tanınmış hər zaman,Mövlud,düşün,
Nifrətim bir ildırımtək çaxmasın,bəs neyləsin?
10.03.2015.Zərdabi.Mövlud Ağamməd.