Siz söz sahiblərinə sahib çıxın ki, sözlər də sizə sahib çıxsın..
Xuraman tərəfindən "Esse" bolməsinə 16:53 29 yanvar 2014 tarixində əlavə olunmuşdur

Cəmi əzəldən məni düşündürən bir mövzu var. Niyə dahi sandığımız insanlar biz gözlərimiz açdıqdan sonra bir mənada "batil" olurlar? 
Niyə qəhrəman sandığımız "yekəpərlər" biz qan qoxusu alan kimi "qatil" olurlar?
Niyə hər şeyə xali olan Azərbaycan yazarları bir mənalı "fani" olurlar? Axı biz niyə "dahi" sandıqlarımızın "xain" olduqların görmürük? 
Əz cümlə onu deyim ki, avam xalqın etiqadına müxalif, idrakına sığmayan fikirləri ilə o zatı alilər indi sadəcə tozlu kitablara məhkumdurlar..
Öz səbatını qoruyan insanların sevilməməsini baqi edən bütün qüvvələrin bir mənalı sonunu arzularam..
Bu həvadislərə səbat göstərən insanları isə tərif edərəm.. Nə böyük işlərə imzalarını qoyan bu sidq ürəkli insanlar belə neyrənglərə düşür.. 
İş şövqünü əsla utandırmayan bir xalqa yaraşmaz belə "biriya"lar..
Öz lisanını dərin bilən bir gəncin heç vaxt adiləşmək kimi bir risqi yoxdur..
Elə yazarlarımız da oldu ki, firqət çəkdilər..
Öz dostlarına, vətənlərinə həsrətlə baxdılar.. Onların artıq iqrarları verilmişdir.. Sürgünlərdə itirəcəklər adlarını, yazılarını, izlərini, sözlərini..
Amma nə baiz..
Mötəbər xalqımın riyakar xadimləri və alçaq "yaltaq"larına çox heyif olsun..
Unutmayın siz də.. Xəlqiləşmək bir millətə xas olan ən gözəl səciyyədir..
Ehkamları və başları kəsmək sizə vəsf edilməyib..
Siz söz sahiblərinə sahib çıxın ki, sözlər də sizə sahib çıxsın.


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
5+8=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0282 saniye