Sizin binanızın şeiri
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:19 26 may 2023 tarixində əlavə olunmuşdur

Bircə məhəllənizdə dincəlirəm arabir

İllər boyu dolaşıb bu həsrəti tapalı

Hələ artır suallar, içimi maraq yeyir:

Binanız da sirlidir, hər tərəfi qapalı.

 

Çoxdan qalib gəlmişəm sənin məni anidən

Evin həndəvərində görməyin qorxusuna,

Ancaq bu neçə ildə keçə bilməmişəm mən

Sizin o binanızın “gizəmli” arxasına.

 

Nə gizlədiblər orda, sizin pəncərənizi?!

Gülən gözlərinimi, yaxud baxışlarını?!

Bəlkə hər axşamçağı pəncərəniz önündə

İzləyirsən oturub payız yağışlarını?!

 

Salıb söz oyununa başdan edib ötürdüm

Səfeh suallarıyla yolumu kəsəni də

İçimdə tək inanc var: ora baxır pəncərən,

Bir gün keçib o üzə görəcəyəm səni də.

 

Onsuz, məndə kədər bol, içim dolu hüzündür

Nə qədər bu fikirlə susum, sınıxım, gedim?

Ağıl istəmirəm mən, vermə, tanrı xətrinə,

Azca boylan həyətə, gülümsə, çıxım gedim.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+17=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0229 saniye