Salamlar hər birinizə, əzizlərim! Gəlin möhtəşəm tanışlığa start verək. Məni tanımamış olmazsınız hər halda. Bəli, bəli, düz tapdınız. Afərin! Alqışlar lütfən! Mən bəstəkaram. Məşhur-filan deyiləm ha, inanmayın boş-boş iddialara. Tofiq Malik. Ey, sizlər, demədim ki, məşhur deyiləm?! Allah eşqinə, son verin bu cəfəng-cəfəng sözlərə! Məşhuram-nəyəm, puah! Nəyimə lazımdır məşhur olmaq?
Mən nə normal biriyəm, nə də anormal. O deyirlər ha "dəliliklə dahilik arasındakı incə xətt", bax onun kimi bir çevrənin içindəyəm. Amma mənimki gözəgörünməz incə xətt deyil, əməlli-başlı Çin səddidir. Çin səddindən gah o tərəfə gedirəm, gah bu tərəfə gəlirəm. Yəni, uzun sözün qısası olsun, əzizlərim, müəyyən bir sabitlik nöqtəsi tapmadığımdan hələ ki dayanmaq bilmirəm.
Adım?! Mənim adım olmasa yaxşıdır. Hər kəsin dilində məşhuri-cahan olan Tofiq Malik həm mənəm, həm də deyiləm. Buna deyərəm həyatın ironiyası və ya paradoks. Yaşım?! Bir dəqiqə, qoyun anama zəng edib soruşum. Alo, anacan, ay anacan, mənim neçə yaşım var? Yəqin ki, 100-dən çox olar, hə? Nə? Neçə? 29?! Əminsən, Əminə xanım-xatın?! Yox, yox,nə əsəbiləşməsi?! Haydı, öpüldün. Təəssüf ki, hələ çox gəncəm. Əşşi, hər nəysə, davam yoxsa tamam?! Oho! Mesajınız alındı. Gen-bol təşəkkürlər.
Gəlin çıxaq şəhər səhayətinə.Ehey, yox, dayanın bir. Hamını deyil, bircə nəfəri seçəcəm. Sən? Yox, sən nədənsə bəyənilmədin mənim tərəfimdəm, üzr də istəmirəm, rədd ol gözümün qabağından. Sən də yox, axmaq. Nə gic-gic gülümsəyirsən? Bıy, sən haradan gəlib çıxdın buraya? Sən hələ çox balacasan səyahət üçün, get böyü. Ay, sakitləşin! Lütfən, lütfən, mənə yazığınız gəlsin barı. Bir dəqiqə! Nə?! Mən nə dedim indicə?! Lənətə gələsiniz! Yox, mənə yazığınız-filan gəlməsin, ehtiyacım yoxdur. Sən, kürən gözəlçə, hə, hə, sən, gəl yanıma. Aaa, qorxub eləmə məndən. Adamyeyən yeddi başlı əjdaha deyiləm. "Doktor Kim"in zaman maşını məndə yoxdursa, deməli mənimlə kiçicik də olsa məcarəyə çıxmayacaqsan?! Zəhmət olsa da, olmasa da sus və marş! Amma bircə şərtim var-mən danışdığım müddətdə ağzını açıb da bircə kəlimə söyləməyəcəksən. Onsuz da cingiltili səsin beynimdə bir, iki, üç "danq" effekti buraxıb.
Oraya yaxşı-yaman bax və nə gördüyünü söylə mənə. Bahalı telefonlarını nümayiş etdirirlər, eləmi? İcazənlə, kürən gözəlçə, bir qəşəngcə boğazını arıtlayım da uzun-uzadı nitqə şərait yaratmış olum. Ihı-ıhı-ıhı. Hey, sizlər, bəli, məhz sizlər-qlamur insanlar, əgər mən ağılsızamsa, bəs onda sizlər normalsınız? Nə varmış o telefonlarda əcəba? Bir zəng və mesaj üçün o qədər sərvəti bu oyuncağa vermək gərəkdir, hm?! Nə gözlərini döyüb mənə key kimi baxırsan, adam balası? Oyunlardır, retrikalardır, sosial şəbəkələrdir, e-maillərdir, daha nə bilim nədirlər, bunlar məni heç, heç, heç maraqlandırmır, bildinmi?! "Martin İden" camaşırxanada çalışdığı günlərdə bir sətir yazmağa, heç bir sətir oxumağa da vaxt tapmırdı. Utanın, avara yığını. Oyy, pardon, tələbə olduğunuzu açıq-aydın görürəm də, amma nə yazıq ki...
Getdik e, kürən gözəlçə, bunlarla işim bitdi daha. Ups. Bu da nədir belə?! Nə dedin sən? Oğlan qızı tərk edib deyə qız özünü atacaq? İnsanlar nə çığır-bağır salırlar? Amanım, nə gözəl səhnə! İkiüzlülər. Sizləri çox yaxşı tanıyıb eləyirəm ha. Elə yaxşıca qınayacaqsınız ki, "Ginnesin Rekordları"na düşəcəksiniz gec-tez. Amma hələlik sizin vəzifəniz qurtarıcı mələk rolunu bütün mükəmməliyi ilə oynamaqdır da. Tragikomedik durum. Auu, bura bax, mənə bax, mənə. Hə, səninləyəm, yaşılgöz qızcığaz, diqqətini topla mənə. Hansısa gicbəsər sənə saxta eşq elanı edir, sonra "çao" deyib gedir, düzdür?! Ay gözəlim mənim, eşqdən də vacib oksigendir, Doktor Haus demişkən. Sənə sevgili niyə lazımdır axı? Ağıllı ol, pişikgözlü, millətin qızına-oğlanına baxıb eləməkdənsə, özünü mükəmməlləşdirsən yaxşıdır. Heç eşq acısı da çəkmə. Tüpürsən yaxşıdır elə məfhuma. Bax belə, oldun ağıllı və sözəbaxan qız. Gəncliyini doya-doya yaşa.
Biz isə yolumuza davam edək.Ay da! Bu nədir belə? O əlil arabasında əyləşən qoca mənə tanış gəlir ha. Bir dəqiqə. Elədir ki, var. Nurəddin qocanın özüdür. Nə olmuş yəni? Nə yığışıblar bu qocanın ətrafına? Pardon, bəlkə göyərçinləri yemləmək qadağan olunub da, mən axmağın xəbəri yoxdur bundan? Dağılışın, xahiş yox, əmr edirəm, tez olun. Aaa. Manyak övladı, nə göz bəbəklərini yekəldib durursan qarşımda? Hə, indi bildim. Sənə görə bu qoca ya dilənçidir, ya da xəstədir, düz tapdım, eləmi?! Elə isə rədd ol gözümün qabağından. Bilmirəm hara, istəyirsən lap cəhənnəmə get. Elə siz də. Tələsin.Salam, Nurəddin baba. Nə var-nə yox? İş-güc? Mən? Yaxşıyam. Hər şey qaydasındadır. Tanıyıram da. Siz məndən də məşhursunuz e. Bax, budur əsl səviyyə. Təşəkkürlər, çox minnətdaram.Tanış olun, bu...şey, kürən gözəlçə, adın nədir sənin? Aytəndir adı, Nurəddin babacan. Nə? Nə sevgili? Yox,Nurəddin baba, mənə sevgili yaraşmaz. Evlənmək fikrində deyiləm, subaylıq sultanlıqdır. Yaşasın! Vaxsey, polis əmi gəlir. Mən qaçıram, Nurəddin baba. Aytənçik, ardımca.
Uyy! Bu mənzərəyə bax. Şedevr adını yapışdırmaq lazımdır. Ay insan, mütləqdir ki, o zırramalı, basabaslı avtobusa minəsən? Daha sözüm qalmadı sənə. Dədəm yaşında insansan, amma etdiyin klounluq çox acınacaqlı mənzərə yaradır, xəbərin varmı? Sürücünün bar-bar bağırmasını demirəm hələ. Aytən, gəl yardıma elə mənə. Bu şəxsi düşürdək. Əmican, vallah-billah kənardan gülməli görünürsünüz. Baxın, növbəti marşrut da yoldadır, gəlir. Ona minsəniz yaxşıdır, səmimi sözümdür. Ağzım açıq qaldı. Mən nə dedim axı? Amma yox, nəsə təhqiredici ifadə işlətdim ki, "əmican" söyüşlərini qatbaqat artırır dayanmadan. Birdən avtobusdakı qadın səsi məni tanıtdırdı və "əmican" stop eləyərək mənə baxdı."Əşşi, istəyirsən, lap Çörçillin qardaşı nəvəsi ol" deyib kobudluqla məni itələyib getdi. Aytən,apar məni buradan. Yoxsa hönkürəcəm indi.
Bomboş mədəm qurbağa səsini çıxardır. Acdım birdən. A, market. Gedək alaq nəsə. Ay qız, pul məndə, gəl...