
Gəl biz qədərindən kənar  çıxmayaq,
 Sevdalar olubdur əvvəl dövürdə.
 Misal çəkəcəyəm sənə Məcnunu,
 Ad qoyub  silinməz olan eşqidə.
 Nə çoxdur sevilən,nə çoxdur sevən,
 Balaca körpə də sevirəm deyir.
 Bir sevgi badına  gedən qızcığaz
 Şərəfsiz elindən  bugün qəm yeyir.
 Ömür sahə deyil düşə plana,
 Vaxt çatdı, zamanın dayanacaqdır
 Uyma şirin sözə uyma  yalana,
 Onsuz da gec -tezi açılacaqdır.
 Telefon olubdur sevda adası,
 Vəd verib,vəd alıb görüşənə bax.
 Gülməli bax budur, atam balası,
 Manitor dalında  öpüşənə bax.
 Dəhşət qınaqlara çevrilər sözüm,
 Bəlkə də deyərlər,çox danışırsan.
 Beləcə cavabın  vermişəm yüzün
 Soğan yeməmisən, nöş alışırsan...
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
27.12.2017
