Bir tarix yazıldı qap-qara, od-alov saçan kömür daşları ilə. Kömürün qaranlığı söndürdü qəlblərdə olan həyat daşlarını, həyat eşqini. O qaranlıq, o tozlu torpaqlı yollar söndürdü gələcəyimizi. Bəli bizim gələcəyimiz, türkün gələcəyi, türk övladlarının gələcəyi. Artıq 280 bəlkə də daha çox körpə atasız qaldı, öz gələcəklərini itirdilər. O gələcək ki, onların arasından böyük şəxsiyyətlər çıxa bilərdi, dünyaya meydan oxuyan alimlər çıxa bilərdi amma kömür söndürüdü onların işığını. Kömür daşları məhv etdi türk balalarının gələcəyini …
Gəlin axtaraq, ədaləti kim gizlədib? Hada gizlədiblər bu ədaləti? Bəlkə bizi aldadıblar? Əsirlər boyu yalanlara qurban getmişik? Ədalət deyə-deyə qəlbimizə dağ çəkiblər, torpağımızı qəsb ediblər, gələcəyimizi qaraldıblar…
Ədaləti axtramağa ehtiyac yoxdur. O uzaqda deyil. Dünyadadır ama yanlış yerdədir. Əmin olun ki, heç ədalətin də bizdən xəbəri yoxdur. Onu gizli seyfdə saxlayırlar. Ağzı bağlı dustaq kimi…
İndi hamı Soma deyib ağlayır. Somasız qalmışıq, Soma isə bizsiz qalıb. Soma üçün ağlamayaq, qaranlıqlar üçün ağlayaq, o qaranlıqlar ki, kömür daşlarından keçib gəldilər üstümüzə, o qaranlıqlar ki, ədalətin üstünü örtüb keçdilər.
Bəsdir daha arıtq ədalətində üstündən bir xətt çəkirəm, o qalıb bağlı seyfdə. Bizə ədalət yox birlik lazımdır. Biriyimizi axtarmalıyıq, birliyimizi qorumalıyıq. Qoruyaq birliyimizi, onuda ədalət kimi həbs eləməsinlər. Onuda bizdən uzaq salmasınlar…