*Son zəng...*
(məktəb illərinin xatirələri)
Bir zamanlar bu gün son zəng olardı,
Ürəklərə sevinc,qüssə dolardı.
O günlərim,qayıt geri,nolardı...
İyirmi beş may nə gözəl gün idi,
O gün hamı üçün özəl gün idi.
***
Otuz beş il gözləyirəm onları,
Haradasız,"A"sinif oğlanları.
Gəl yaşayaq bir də şirin anları.
Darıxmışam sizin üçün a qızlar,
Sinəmdəki yaralarım ha sızlar.
***
Zəng vurulsun,biz sinifə doluşaq.
Keçən dərsin yerin kimdən soruşaq?
Sonra hamı bir səs ilə oxuşaq.
Daxil olsun sinfə əziz müəllim,
Bir ağızdan ona salam verəlim.
***
...Yol verməzdik yalanlara sinifdə,
Töhmət- şuluq salanlara sinifdə,
Bir də iki alanlara sinifdə.
O məllimə Allah rəhmət eləsin,
Yeri behişt olsun,cənnət eləsin .
***
Sükut çökər bir anlığa araya,
Tarixin bu gününü kim araya?
Müəllimə baxır cızma-qaraya...
Aradabir sinifdədir baxışlar,
Günahkarı danlayar,həm bağışlar.
***
Kim bilərdi o illərdə biz kimik,
Müəllimik,mühəndisik,həkimik.
Həyat adlı bu məktəbi keçmişik...
Günlərimiz bir-birinə calansın,
Şən səsimiz hər tərəfə ucalsın.
***
Arzuladıq hamı kimi bu çağı,
Məktəb ömrümüzün yanar çırağı.
Məzunların gəlsin gözəl sorağı...
Ürəklərdə nə qüssə,dərd olaydı,
Hamımıza "Son zəng"qismət olaydı...
Zərdabi.Mövlud Ağamməd.
25.05.2014.