Sondan Geriyə #2
Black Ghost tərəfindən "Digər yazılar" bolməsinə 18:22 24 iyun 2015 tarixində əlavə olunmuşdur

Sondan Geriyə (Davamı)

Başlanğıc- Təlimlər də ən sürətli adam kimi tanınırdı. Ona görədə tez bir zamanda malikanədən çox uzaqlaşmışdı. Artıq arxasıyca düşmüş “Orden Qoruyucuları”-nın səslərin eşidirdi.İlk dəfə əlinə belə şans düşmüşdü və bu şansı sonunacan dəyərləndirməli idi.Artıq işıqlı və dar küçəyə çatmışdı.Onu izləyən maşınlar bura qədər girə bilməzdi.Ona görə yolunu bura saldı.Səssiz-səmirsiz küçəyə küçə lampalarından çox birinci mərtəbədəki evlərin işıqları işıq salırdı.Qaçmağa davam edirdi.Bu vaxt arxadan gələn səslər daha da çoxaldı.Deyəsən adamların sayı artırdı.Yenədə geriyə baxmaq olmazdı.Bu vaxt küçəni səs bürüdü.Bu insan səsi deyildi.Bu atəş səsiydi.Səs küçədə bir-iki saniyə exo verdi.Güllə ünvanına çatmışdı.Halter mədəsində ağrı hiss edib dayandı.”Orden Qoruyucuları”-nın səsi kəsilmişdi.Halter əlini qarnından çəkdi.Ovucunda sanki qan “gölməçəsi” əmələ gəlmişdi.Yenidən ayaq səsləri peydə oldu.Onlar yaxınlaşırdılar.Qaçmaq lazım idi.Halter ağrıya-ağrıya qaçmağa başladı.Arada ağrıdan öskürür amma dayanmırdı.Qarşısında iri şose yolu göründü.Bura çıxıb bir maşını dayandırıb qaça bilərdi.”Orden Qoruyucuları” onunla birlikdə yola çıxmağa risk etməzdilər.Onlar izləndiklərini bildiklərindən özlərini belə ələ verə bilməzdilər.Halter son gücünü toplayıb qaçmağa başladı.Yaxşı bilirdiki əgər bir dəfə büdrəsə həyatında əlinə keçən bu şansı qaçıracaqdı.Yavaş-yavaş gözü hərlənirdi.Ancaq dayanmamalı idi.Budur artıq yola çıxmışdı.Şose də gecə olduğuna görə az maşın vardı.Amma hamısı şütüyürdü.Halter yolun ortasında dayandı.Arxasıyca düşən adamların səsi kəsildi.Düşündüyü kimi onlar belə riskə getməzdilər.Qanaxması artırdı.Ağzından qan gəlməyə başlamışdı.Dizi üstə çökdü.Əlini ağzına apardı.Öksürdü.Qan topası öskürdü.Halter artıq ölümünə dəqiqələrin qaldığını bilirdi.Amma əgər sağ qalsaydı belə gərək böyük “Qiyamət”-in qarşısın almalı idi.Qarnını qucaqlayıb dizi üstə oturub maşınlardan birinin onu görməsi üçün dua edirdi.Birdən uzaqdan işıq göründü.Bu işıq ona sürətlə yaxınlaşırdı.Halternən maşın arasında məsafə azaldıqca maşının sürəti bir o qədər artırdı.Halter başını çevirib maşının gur işıqlarına baxdı.Az da olsa seçə bildi maşını.Bu “Orden Qoruyucuları”-nın maşını idi.Halter son gücünü toplayıb ayağa qalxdı.Maşın sürətlə ona yaxınlaşırdı.Burda ölə bilməzdi.Ən azı məlumatlarını bazaya çatdırmalı idi.Halter Johanson saxta adı da olsa burda ölməli deyildi və son gücünü toplayıb səkiyə doğru qaçdı.Maşın düz onun yanından keçdi.Amma Halter vaxtında özünü səkiyə ata bilmişdi.Gözün güclə açıb səmaya baxdı.Qaranlıqda parlayan ulduzlar bəlkə də onun bu həyatda görəcəyi ən son şeylər idi.Başını yerə söyükədi.Bu son anlarının həzzini çıxarmalı idi.

Varolmayan Həqiqət- 2 Ay Əvvəl...

Qapını döydü.İçəridən qalın və bir o qədər sərt səs eşidildi:

-Gəlll...

Fərid qapını aralayıb nəzakətlə içəri girdi.Ortaboylu,yaşı 25 olan,səliqə ilə daranmış saç və kostyumda olan bu gənc bir  neçə il olardıki CAF-da çalışırdı.10 nəfərlik CAF-ın Azərbaycan bürosunun üzvü idi.Müxtəlif təhlükə və ən çətin işlərdə onlardan kömək istənilirdi.Ağlasığılmaz əməliyyatlarla öz uğurlarını yazan CAF 10 ildə çox tanınmış və inanılmaz işlər görmüşdü.Fərid də bu əməliyyatlarda iştirak edir özün göstərirdi.Fiziki qüvvədən çox Fəridin zehin və ağıl gücündən istifadə edirdilər.O qədər də cüsəlli olmayan bu gənc bir çox qətl hadisələrində CAF-a yardım göstərmişdi.

-Məni çağırmısız ser Alfred.

Masanın arxasında oturan hündürboy,ağbəniz və qoca kişinin səsi sərt olsa da xarici görünüşcə nurani idi:

-Otur Fredi..-Fərid sözünü hələ də öz ləhcəsinə uyğun tələffüz edə bilmirdi.-Sənə görə bir iş var.

Fərid yavaşca stuluna oturdu:

-Buyurun ser.

-Fredi cənab Fredi.Siz bizimlə 2 ilə yaxındıki əməkdaşlıq edirsiz.Sizin zehin və ağlınız sayəsində neçə cinayət və qətlin üstün aça bildik.Azərbaycan büromuzun “Gizli ağıl silahı” sizsiniz.Amma bu dəfə olacaq əməlliyatımız sizdən çox şey tələb edəcək.

-Necə yəni?

-Cənab Fredi xahiş edirəm sözümü kəsməyin.Bu dəfə ən çətin tapşırığa sizi yollayacıq.Onu deyim ki bu tapşırıq əvvəlki tapşırıqların heç birinə oxşamır.Siz ancaq təhlükə içində olacaqsınız.Bir səhviniz həm sizin həm də Amerika kimi böyük ölkəni yox edə bilər.

-Heç nə anlamıram Amerikaya müharibə elan olunub?

-Onun kimi bir şey.Amma bu daha qorxuncdu.Əgər bunun qarşısın ala bilməsək nəinki Amerika bir çox ölkəyə ziyan dəyəcək.

-O boyda agent və xüsusi təhlükəsizlik idarəsi olan Amerika bizdən kömək istəyir?

-Aha.Unutmayın bizim təşkilat da onların bir parçasıdır.

-Axı onların tapa bilmədiyi bu şeyi və yaxud hər nədisə mən necə tapacam?

-Onlar artıq ipin ucun tapıblar.Hər şey hazırdı.Sadəcə bizdən “Onlar”-ın aralarına agent soxmamızı istəyirlər və bu agent azərbaycanlı olmalıdır.

-Azərbaycanlı?

-Bəli.Amerika müxtəlif əməlliyatlar sayəsində “Onlar”-dan birin yaxalaya biliblər.Bu şəxs azərbaycanlı Muxtar Kazimosvkidir.O sadəcə bir piyondur.”Böyük”-lərdən birinin piyonu.Həmin “Böyük”-ün kim olduğun bilmirik amma araşdırmalar davam edir.Muxtar sənə bənzəyir Fredi.Həm də azərbaycanlı ləhcəsinə yalnız sən sahipsən.Amma bəzi estetik əməlliyat ilə səni ona tam oxşadacıq.”Onlar”-ın xəbəri yoxkən səni içlərinə salıb bütün məlumatları öyrənəcik.Buna görə bizi seçdilər.Yoxsa hər şey hazır idi.Sən dünyanı xilas edə bilərsən Fredi.

-Necə yəni?

-Böyük “Qiyamət” Fredi.Ancaq sən bu “Qiyamət”-in qarşısın ala bilərsən...

 Ardı Var...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+2=
Hesaba giriş
Müəllif

Black Ghost
Haqqında
Özü kimi görünən insan...
Əlaqə
E-mail:
bikarus@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0231 saniye