Sondan Geriyə #3
Black Ghost tərəfindən "Digər yazılar" bolməsinə 15:49 25 iyun 2015 tarixində əlavə olunmuşdur

 Sondan Geriyə (Davamı)

Qızıl Orden- Alfred ayağa qalxıb stəkanına su tökdü.Biraz sudan içib yenidən yerinə oturdu.Saatına baxdı.Saat 15:32 idi.Stəkanı yerinə qoyub sözünə başladı:

-Qızıl Orden.XVIII əsrdə yaranmış bu orden cəmi 10 ca ildə o zamanların ən böyük təriqəti və sisteminə çevrildi.Avstriyada başlayan bu hadisələr bir neçə ilə bütün dünyaya yayıldı.Sayları milyonu keçmişdi.Amma rəqibləri buna imkan verə bilməzdi Fredi.Ona görə də tez bir zamanda Qızıl Orden dağıdıldı.Ən güclü təşkilatlardan biri yox oldu.Təşkilatın əsas fikri təmizlənmiş və qanunlarla idarə edilə biləcək bir sistem idi.Buna görədə yanına çoxlu varlı baronları çəkə bilmişdi.Amma onlar sülh yox hər şeyin bir “Qiyamət”-lə etməyi planlayırdılar.Buna görədə çox güc sərf etmişdilər və zəifləmələrindən istifadə edən rəqiblər onları bitirdilər.Amma indi hər şey dəyişib.İndi daha böyük və qorxunc hala gəliblər.Gücləri ölçülə bilməzdi.20 ildə köhnə nəslin nümayəndələrini bir yerə topladılar.Sıralarındakı adamlar heç də zəif deyillər Fredi.Sayları az olsada çox güclüdürlər və onlara xidmət göstərən adamlara “Orden Qoruyucuları” deyirlər.Adamları hər yerdədi.Güclərinində əsas mənbəyi budu.

-Bəs bu “Qiyamət” nədi?

-Həbsxanadakıların azad buraxıb xaos yaratmaq.

-Axı onlar məhbusları necə idarə edəcəklər?

-Əziz Fredi.Onlar dünyanı pislikdən təmizləyib qanun yaratmaq üçün pislik törədib qanuna məhəl qoymayanlardan istifadə edirlər.Bu onların heç kəsin başa düşə bilməyəcəyi düşüncələridir.Çox güclü qorunurlar və bizdən istənilən təkcə “Qiyamət”-i gecikdirmək və təhlükəsizlik idarələrinə vaxt qazandırmaqdı.

-Hmm.Çox çətin işdi siz dediyinizə görə-Fərid sınayıcı baxışlarla Alfredi süzdü.

-Aha Fredi.Həm də çox amma sən bunun üstündən gələ bilərsən.Hə yadıma düşmüşkən sən yalnız “Qızıl Orden” lə deyil onların düşməni ilə savaşacaqsan.

-Necə yəni?Kimdir ki o?

-Aleksandr X.

 Aleksandr X.- Fərid diqqətlə Alfredə baxırdı:

-Əziz Fredi sən hələ çox şey bilməli olacaqsan.Aleksandr X.Bu adam haqda çalışacam qısa və daha dəqiq şəkildə danışım sənə.Çünki, elə özümüzdə onlar haqda çox az şey bilirik.

-Buyurun.

-“Qızıl Orden”-lə bir vaxtda digər bir təşkilatda yaranmışdı.Elə əsas “Qızıl Orden”-ni dağıdan və məhv edən təşkilatda bu idi.

-Kim idiki onlar?

-Çox səbirsinizsiz cənab Fredi.Onlar bu ordenlə eyni fikirə sahib olan başqa bir təşkilat “Shining” adlı qurum qurulmuşdu.Eyni məqsəd və plana sahib idilər.Hətta bəziləri düşünürdiki “Qızıl Orden”-nin içində satqınlar var və məlumatları onlara ötürür.Əvvəlcə bu məlumata məhəl qoyulmasa da sonrada olan hadisələr içlərində bir “Köstəbək” olduğu qənaətinə gətirdi onları.Axtarışlar öz bəhrəsin vermədi və məlumatlar yenə ötürülürdü.Bu da təşklitaı daha da nüfuzdan saldı.Bundan istifadə edən “Shining” təşkilatı cəmi bir həmlə ilə ordeni yox etdi.Şanslı olanlar qaçdı qalan hər kəs isə qətl edildi.

-Bu mənə “Tapınak Şövalyeleri”-ni xatırlatdı...

-Ola bilər Fredi.Aleksandr X. isə “Shining” nəslinin ən sonuncu və təhlükəli nümayəndəsidi.Təşkliatı o ayaqda saxlayır və heç də zəif deyil.Ağıllı insandır.Ağıllı insandan da qorxmaq lazımdı.Amma yenədə “Qızıl Orden” yenidən yarandı.Aralarındakı müharibə davam edir.

-Bəs nə üçün “Shining” qurumu yox edilmədi?

-Səbəb isə onların son 50 ildə planların əyişib bizə yardım etmələridə.Heç kim bunun səbəbin bilmir.Amma onlar bizə yardım edirlər.Bəlkədə “Qızıl Orden”-ni dağıdıb yerinə keçmək istəyirlər.Amma biz buna imkan vermiyəcik.Ancaq hələki yardımlarından istifadə edəcik.

-Anladım.

Elə bu vaxt masada olan 3 telefondan ortadakı zəng çaldı.Alfredin siması dəyişdi gülüşü tədirginliklə əvəz olundu.Diqqətlə telefona baxıb sakit və bi o qədər sərt tonda Fəridə dedi:

-Cənab Fredi.Xahiş edirəm hələlik çölə çıxın mən sizi çağıracam.Sadəcə 5 dəqiqə gözləyin.

Fərid başını tərpədib otaqdan çıxdı...

Ardı Var...    


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+35=
Hesaba giriş
Müəllif

Black Ghost
Haqqında
Özü kimi görünən insan...
Əlaqə
E-mail:
bikarus@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0249 saniye