Sondan Geriyə #4
Black Ghost tərəfindən "Digər yazılar" bolməsinə 19:23 29 iyun 2015 tarixində əlavə olunmuşdur

İkinci Həyat- Birazdan baş verəcək böyük hadisədən xəbərsiz qapının arxasında dayanmışdı.İçəridən qışqırıq səsləri gəlirdi.Amma Fəridin fikri başqa yerdə idi.Birazdan Qapının ardından sərt səs eşidildi:

-Fredi gəlll.

Fərid sanki yuxudan dik atılmış şəkildə duruxdu.Sonra qapıya yaxınlaşıb açdı.İçəridə əsəbi oturmuş Alfredi gördü.Nə isə pis bir şey olmuşdu.Özdə çox pis.Alfredi bu qədər hirsli görməsi üçüncü dəfə idi.Çox az hallarda Alfred bu qədər hirslənirdi:

-Otur Fredi planlar dəyişdi.

Fredi əyləşdi:

-Nə baş verdiki?

-Çox şey.Özdə planları 360 qədər dəyişəcək çox şey.Muxtar Kazimovskinin biz tərəfindən ələ keçirildiyi qulaqlarına necəsə gedib çatıb.Bu halda planlar dəyişdi.B yəni ikinci plana üz tutacıq?

-B planı?

-Aha Fredi.B planı.Sən onların arasına əməliyyatsız sızdıracıq.

-Bu necə olacaq ki?

-Onların arasında başqa bir adamımız daha var.Hər şeyi o həll edəcək.O səni onların arasına salacaq.

-Bəs “Qiyaməti” mənim yerimə o niyə qarşısın almır?

-Çünki elə də güclü mövqedə deyil.Səni isə o mövqeyə qədər çıxmaq bacarığın var.

-Bu onu təhlükəyə atmaz?

-Xeyr.Sən bunları düşünmə.1 həftəyə hazırlaş.Məlumatları hamısını sabah sənə çatdıracıq.Sadəcə səndən istənilən bəlkə də son olacaq bu vəzifəni yerinə yetir.

-(Gülümsünür).Bu birinci girdiyimiz təhlükə deyil...

-Onda çıx.Mən bəzi işləri yerinə oturdacam.

Fərid sakitcə otaqdan çıxdı.Yuxusu gəlirdi.Amma bəzi fikirlər onu rahat buraxmırdı.Pilləkənləri yavaş-yavaş düşdü.Asta addımlarla çıxışa doğru gedirdi.Əlini qapının dəstəyinə atdığı an zalda qulaqbatırıcı səs əmələ gəldi.Tavan sanki yerə çökdü.Tüstü və alov iyi zalı bürüdü.Səs-küy kəsilmirdi.Bu vaxt atəş səsi eşidildi.Fərid yerə çökmüşdü.Əlini belinə atıb silahını götürdü.Birdən zalı bir qadın səsi bürüdü:

-LOST 12.

Bu siqnal o demək idiki, CAF təhlükədə idi.

C.A.F.- Qadın bəyaqdan eyni şeyləri təkrar edirdi.Tüstü və duman qalınlaşmış,səs-küy isə daha da artırdı.Atəş səsləri kəsilmirdi.Yunanıstanda olan bu təşkilatın yerin çox gizli idi.Bəs onlar buranı necə öyrənmişdilər.Fərid sakit addımlarla yeyin yeriməyə çalışırdı.Xüsusi agentlər üçün nəzərdə  tutulan çıxışa getməli idi.Çünki bu adamalar adi çıxışı bilsələrdə “Gizli Keçidi” bilə bilməzdilər.Fərid artıq hadisə olan yerə çatdı.Gördükləri Fəridi şoka saldı.Divardan içəri iri bir maşın girmişdi.Qapıları açıq idi.Ətrafda isə 4 işçi yerə sərilmişdi.Güllələnmişdilər.Birazdan yaxından səslər eşidildi.Fərid maşının arxasında gizləndi.Bu vaxt pilləkəndən qara geyimli,əllərində Vinçestr tutan maskalı 2 şəxs gördü.Fərid onları görən kimi silahını onlara tuşlayıb 3 dəfə atəş açdı.Birazdan bu ikisi artıq yerə cansız bədənləri ilə sərilmişdi.Fərid ikinci mərtəbəyə “Gizli Keçid”-ə tez bir zamanda çatmalı idi.Pilləkəni yeyin-yeyin çıxdı.İkinci mərtəbədə cəsədlərin sayı artdı.Yerdə bəyax öldürdüyü adamlar kimi geyinmiş bir adam uzanmışdı.Qalan ətrafda başından müxtəlif yerlərdən vurulan işçi,agent və qorumlara vardı.Yerdə güllə gilizləri dolu idi.Amma dayanmaq vaxtı deyildi.İri-iri addımlarla “Gizli Keçid”-ə tərəf gedirdi.Cəsədlərin sayı artırdı.Atışma səsləri isə kəsilmirdi.Birdən dayandı.Nə edəcəyini bilmirdi.Bir anlıq sanki qorxulu kabusda olduğunu sandı.Önündə əli silahlı dəstə dayanmışdı.Önlərində isə saqqalı,narıncıya çalan rəngdə kostyum geyinmiş və “at” quyruqlu saçları ilə dayanmış uzunboy adamı gördü.Bu qara geyimli adamlar silahlarını ona tuşlamışdılar.Qollarında “Günəş” şəkli emblemi olan bu adamlar sadəcə bir əl hərəkətini gözləyirdilər.Fərid hər iki əli ilə silahına bərk-bərk yapışmışdı.Titrəsədə bunu büruzə vermirdi.Şanssız olduğu bir daha isbat olundu.Tapancasını yavaş-yavaş bu qəribə saqqalı adama tuşladı:

-Siz kimsiz?

-Yəni cənab Alfred mən haqda sizə danışmayıb?

-Anlamadım.

-Mənəm cənab.”Shining”təşkilatının rəhbəri Aleksandr X.

Ardı var...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+7=
Hesaba giriş
Müəllif

Black Ghost
Haqqında
Özü kimi görünən insan...
Əlaqə
E-mail:
bikarus@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0244 saniye