Sondan Geriyə (Davamı)
Gizli Keçid- Alfredin bəyax danışdığı adam indi onun qarşısında idi.Donub qalmışdı.Sanki zaman artıq durmuşdu.Aleksand X.”Shining” təşkilatının rəhbəri.İndi onun qarşısında idi.Çox qəribə geyinmişdi:
-Nə oldu? O balaca dilivizi udduz ser Fredi...-görünür Aleksandr X.-də onu tanıyırdı və adını öz ləhcəsinə uyğun deyə bilmirdi.
Fərid silahını adama doğrultmuş sakitcə arxadakı qara geyimli “Shining” dəstəsinə baxırdı.Əllərində müxtəlif silahları ona tuşlayan bu dəstə qollarında olan “Günəş” emblemi ilə seçilirdilər.Fərid axırki özünü toplayıb dedi:
-Buranı necə öyrəndiz və bu göstərdiyiniz hərəkət bizə olan müharibə açıqlamasından başqa şey deyil.
-Bilirəm bilirəm mənim balaca dostum.-gülümsündü-Mən sizinlə onsuzda dost deyildimki.Sadəcə istifadə edirdim və artıq sizə ehtiyacım qalmayıb.Sizin o balaca ağlınız mənim fikirlərimlə ölçüşə bilməz dostum.
-Siz bizi istifadə edib bir qırağa ata biləcəyinizi fikirləşdiz?
-Bəli tam olaraq bunu düşündüm.-yavaş addımlarla Fəridə doğru irəliləyirdi.-Onsuzda sizi burda olmasa da evinizdə və yaxud başqa yerdə öldürəcəkdim.Bütün məlumatlarınız məndədi.Siz məni nə sanırsızki?-artıq tapancanın düz önündə dayanmışdı.Əlini tapançaya atıb onu aşağı doğru yavaşca endirməyə başladı.-Siz həddən çox iradəsizsiniz ser Fredi.Sadəcə biraz cəsarət dostum.Birazca...
Fərid susmuş halda onu dinləyirdi.Artıq anlayırdı.Onun üçün hər şey burda bitmişdi.Elə təşkilat üçündə:
-Cəmi bir həftə sonra siz “Qızıl Orden”-ə daxil olacaqdınız.Amma bu taledi.Sizinki isə bura qədər idi.
Tapançanı Fəridin əlindən aldı.İçini boşaldıb güllələri və silahı yerə atdı.Artıq bu sonluq idi.Bir gizli “qəhrəman”-nın sonluğu.Aleksandr geri dönüb əlini yuxarı qaldırıb yerə endirdi.Bu atəş üçün əmr idi.Bütün bina səssizləşdi.Bəyaq ardı-arası kəsilməyən atəş səsləri kəsilmişdi.Silahlar hazırlandı və atəş üçün məqam gəlib çatmışdı...Fərid isə “Gizli Keçid”-ə çata bilməmişdi.Yenə də şanssızlıq.Dostlarının dediyi kimi...
Ölümün bir addımlığında- Aleksandr X. qara geyimli dəstənin arxasına keçib bu “atəş-fənaşlığı” seyr edəcəkdi səssizcə.Fərid ölümə dik-dik baxdı.Artıq bu sonluq idi.Başlamayan bitən bir “qəhrəman”-lığın soxluğu.Udqundu və gözlərini bağladı.”Shining” dəstəsinin içindən bir qalın səs eşidildi:
-Atəşşş!
İlk atəş açıldı.Yerə düşən gilizin səsi az da olsa eşidildi.Amma güllə Fəridə yox Aleksandra dəymişdi.Əsgərlər geri çevrildi.Arxada əli qanlı bir neçə yerindən yaralanmış bir kişi dururdu.Bir əli ilə yarasını tutmuş bir əli ilə isə tapançanı.Bu Alfred idi.Fərid gözünü açdı.Çox pis olmuşdu.Başçısı onun üçün özünü oda atmışdı.Birdən zalı sərt səs bürüdü:
-Qaç Fredi qaç!
Bəs Fərid neynəyəcəkdi? Elə orda dayanıb sadəcə mal-mal baxacaq yoxsa yerdə olan silahı götürüb güllələri yerinə qoyub atəş edəcəkdi? Gülünc idi bu iki fikirdə.Çünki kapitanı ona güvənib özünü ölümün qabağına atmışdı.O, isə ona qarşı olan son vəzifəsini yəni söz verdiyi kimi “Qiyamət”-in qarşısın almalı idi.Buna görədə ilk növbədə qaçmalı idi.Bu vaxt bayaqkı səs zalda yayıldı:
-İkisini də öldürün!
Aleksandr əlini belinə tutub özünü yana atmışdı.Alfred isə artıq taqəti qalmamışdı.Birazdan əlindəki silah yerə düşdü.Gözləri qaraldı.Fərid hər saniyəsinin qiymətli olduğunu bilirdi.Buna görə tez divarın arxasında gizləndi.Bitməyən və Fəridə vicdan əzabı verən atəş səsləri başladı.Dəstənin az hissəsi Fəridə qalanı isə Alfredə doğru atəş açırdı.Dayanmaq bilməyən atəş.Fəridə görə isə artıq zaman dayanmışdı.Alfredə dəyən və bədəninə dolan hər güllə ona görə idi.Çünki Aleksandra atəş aça bilsəydi.Sadəcə atəş.Amma gec idi.Alfred ölmüşdü və zamanı geri qaytarmaq mümkün deyildi.Yanağından yaş süzülüb yerə düşdü...
Ardı Var...