Sondan Geriyə #6
Black Ghost tərəfindən "Digər yazılar" bolməsinə 11:02 01 iyul 2015 tarixində əlavə olunmuşdur

Sondan Geriyə (Davamı)

İntiqam andı- Atəş səsləri kəsildi.Bir müddət səssizlik yarandı.Sadəcə bir müddətlik.Birazdan Aleksandrın naləsi eşidildi.Bir neçə əsgər Aleksandrın yanına qaçıb onu yerdən qaldırıb “Gizli Keçid”-ə girdilər.Fəridin girə bilmədiyi həmin o keçidə...Alfredin qanı ilə divarları bulanmış həmin keçidə.Bəli artıq başçısı yox idi.Onu xilas etmək üçün özünü fəda etmişdi.Sadəcə onun üçün deyil bütün dünya üçün.Başlayacaq olan “Qiyamət”-in qarşısın almaq üçün ölmüşdü.Fərid dodağının altında sakitcə bu sözləri təkrar etdi:

-Bu son deyil başlanğıcdı.Sonu olmayan bir başlanğıc.Sonda isə mən yox siz öləcəksiniz.

Ardınca yenə həmin qalın səs eşidildi:

-Cənab Fredi.Xahiş edirəm təslim olun.Onsuzda öləcəksiniz.Hər tərəfiniz mühasirəyə alınıb.Burdan qaçmaq şansınız 0-a bərabərdir.Silahsızsınız.Bəyaq öldürülən kapitanınız Alfred kimi olacaq taleyiniz.Boyun əyin taleyinizə.

-Susun!-Fərid qışqırdı.-Mənim hələ bir vəzifəm var və bunu yerinə yetirmədən ölə bilmərəm.

-Öləcəksiniz ser Fredi öləcəksiniz...

Çoxdandı yaranmış sükutu atəş səsləri pozdu.Yenidən atəşə başladılar.Fərid burdan necə qaçacağını düşünürdü.Yenə şanssızlığı onu rahat buraxmırdı.Tək şansı ayaqları idi.Təlimlərdə ən sürətli qaçışçı idi.İndi bu xüsusiyyətindən istifadə etməliydi.”Shining” dəstəsi hər saniyə ona yaxınlaşırdı.Fərid bunu özünə görə yox onun üçün verilən canlara görə etməli idi.Son gücünü topladı.Gözünü sildi və qaçmağa başladı.ZiqZaq formasında qaçırdı.Bunu ona təlimlərdə öyrətmişdilər.Güllələrdən yayınmaq üsulu idi.Bütün gücü ilə qaçırdı.Əsgərlər isə bir neçə saniyəlik duruxub yenidən atəşə başladılar.Fərid artıq pilləkənə yaxınlaşmışdı.Budur artıq o pilləkənlə aşağı düşməyə başladı.İri addımlarla tələsik hərəkət edirdi.Pilləkənə sərilmiş cəsədlərin birinin silahın götürdü.Birinci mərtəbəyə enib iri beton divarın arxasına gizləndi.Gözü yalnız arxasınca gələn əsgərlərdə idi.Burdan çıxmaq üçün sərrast atıcılıq qabiliyyəti lazım idi ona.Birdən qulağının dibində soyuqluq duydu.Bu soyuqluq yavaş-yavaş ona yaxınlaşırdı və artıq qulağının içində idi.Bu tapança idi.Kimsə ona arxadan səssizcə yaxınlaşıb silah doğrultmuşdu.Arxadan gələn əsgərlərin səsin eşitdi.Onlar yaxınlaşırdılar.Bəs onda arxasındakı adam kim idi?

Kod adı “Fredo”- Səslər daha da yaxınlaşırdı.Ya arxasındakı adamı zərərsizləşdirib qaçacaqdı ya da ölümə təslim olacaqdı...Amma belə tez yox.Hələ görəcəyi çox iş vardı.İntiqam.Burda ölmək olmazdı:

-Sən kimsən?

Arxasında duran adamdan cavab gəlmədi.Bir neçə saniyə sonra qulağında duyduğu silahın soyuqluğu uzaqlaşdı.Deyəsən axada dayanmış adam düşmən deyildi.Silahı geri çəkdi.Bu vaxt Fərid qolunda ağrı hiss edib arxaya çevrildi.Arxada ona silah tuşlayan adam Fredo idi.”Fredo” kod adlı agent.Eşitdiyinə görə, şöbədə ən bacarıqlı adam idi.Azərbaycanlı dəstəsində çalışsada heç vaxt bu adamla eyni əməliyyatda iştirak etməmişdi.Amma onun haqqında çox şey eşitmişdi.Çox təhlükədən qurtulmuşdu.Hətta bu əməliyyatlardan ona “yadigar” bir izdə qalmışdı.Bu gözünün altında olan çapıq idi.İri cüssəli,daranmış saç və her yeri toz olan kostyum.Qolundan qan axırdı.Bəyaqdan Fredo Fəridin qolun sıxırdı:

-Fərid inamıram sən sağsan.Bütün əməkdaşlarımız ölüb.Sadəcə sən və mən.

-Bunları danışmaq vaxtı deyil cənab Fredo.Arxamızca gəlirlər.

Bu vaxt açılan atəş Fəridin düz yanından keçdi.Əsgərlər gəlib ona çatmışdılar.Dayanmadan atəş edirdilər:

-Fredo bunları zərərsizləşdirmədən burdan  çıxa bilmərik.

Fərid atəşə başladı.Fredo da ona yardım edirdi.Bir neçə dəqiqədən ağır atışmadan sonra əsgərlərin cansız cəsədləri yerə sərilmişdi.Fredo yaralı qolunu tutaraq dedi:

-Tez burdan çıxmalıyıq təzə dəstə gəlmədən.

-Hə...

İkisidə çıxışa doğru qaçmağa başladı.Artıq həyətdə idilər.C.A.F-ın həyətində duran bir neçə əsgəri öldürüb maşın dayanacağına tərəf getdilər.Sıra ilə düzülmüş bir neçə maşın vardı həyətdə.”Honda” markalı maşına əyləşdilər.Fredo özünü arxaya atdı.Fərid sükana keçdi.Maşının açarı olmadığına görə gərək başqa üsullara əl atmalı olacaqdı.Bir-iki dəqiqədən sonra maşını işə saldı.Fredo arxada yaralı halda dilləndi:

-Tez işə sal bu zəhrimara qalmış maşını.Yoxsa burda öləcik.

-B-i-l-i-r-ə-m.-Fərid maşını işə salmaqla məşğul olduğundan heca-heca danışırdı.

Budur maşın işə düşdü.Qaza basdı və birazdan darvzadan çıxdılar.Çöldə yerə sərilmiş bir neçə C.A.F. əməkdaşı vardı.”Honda” sürətlə həyətdən uzaqlaşdı.Bu vaxt arxada ağaclığın arxasında “Shining” əsgərləri peydə oldu.Birisinin əlində RPG vardı.RPG yuxarı qaldırıb sürətlə şütüyən “Honda”-nı nişan aldı.Əsgərlər diqqətlə maşına baxırdı.Əlində RPG olan əsgər əlini əlini tətiyə atdı.Tətiyi basdı və RPG-nin içindən çıxan raket maşına doğru sürətlə getdi...

 Ardı Var...

              


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+24=
Hesaba giriş
Müəllif

Black Ghost
Haqqında
Özü kimi görünən insan...
Əlaqə
E-mail:
bikarus@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0234 saniye