Sondan Geriyə #7
Black Ghost tərəfindən "Digər yazılar" bolməsinə 13:33 02 iyul 2015 tarixində əlavə olunmuşdur

Sondan Geriyə (Davamı)

Kiçik “Qiyamət”- “Honda” sürətlə irəliləyirdi.Sürətin səbəbi sükanın arxasında oturan Fərid idi.O bu cəhənnəmdən tez bir zamanda çıxmaq istəyirdi.Dostlarının,bir məqsəd uğruna çiyin-çiyinə döyüşdüyü əməkdaşlarının və ən əsası onun üçün özünü fəda edən kapitanının meyidindən uzaqlaşmaq istəyirdi.Sadəcə sakit bir yerdə düşünməli idi.Böyük “Qiyamət”-in qarşısını almaq üçün planlar quracaqdı.Amma ilk növbədə burdan uzaqlaşma lazım idi.Arxada qolundan vurulmuş şəkildə Fredo uzanmışdı.Digər əli ilə qolunu sıxırdı.Ağrı hiss etdiyini büruzə verməməyə çalışsa da alınmırdı.Başını qapıya söykəmişdi.Amma birdən maşının təkəri çuxura ilişdi.Bu çuxur onların həyatını qurtaracaqdı...”Shining”-in əsgərləri ağaclıqda ona görə dayanmışdılar ki,əgər sağ qurtulan olub qaçmaq istəsəydi onları burda həll edəcəkdilər.5 nəfərdən ibarət kiçik dəstənin içərisində yalnız birinin əlində RPG vardı.Bir neçə dəqiqə bundan əvvəl C.A.F-ın darvazasından bir “Honda” çıxıb sürətlə yolda şütüyürdü.Onu avtomatla yox yalnız RPG ilə saxlamaq olacaqdı.Əsgər diqqətlə RPG-nin nişangahından maşını nişan aldı.Sakitcə heç bir həyəcan hiss etmədən barmağını yavaş-yavaş tətiyə apardı.Maşın onlardan çox uzaqlaşmışdı.Amma yenədə vurmaq mümkün idi.Sadəcə bir neçə saniyəyə maşının içindəkilər yanıb kül olacaqdı...Maşının təkəri birdən çuxura düşdü.Fredo sanki kabus görmüş kimi dik atıldı.Sonra Fəridin fikrin yayındırmamaq üçün sakitcə pəncərədən çölə baxdı.Artıq burda yarı tikili sökülmüş zavodu keçmişdilər.Amma tədbiri əldən buraxmaq olmazdı.Birdən arxaya dönüb arxa pəncərəyə baxdı.Bir anlıq şok yaşadı.Əlində RPG tutan əsgər onları nişan almışdı.Fredo tez Fəridin çiynin silkələdi.Dayanmadan.Fərid qışqırdı:

-Nə olub Fredo? Görmürsən işim var maşın sürürəm.Bu zəhrimar yerdən tez uzaqlaşmaq lazımdı.

-Diyəsən bura qədər idi.

-Nə? Heç nə anlamıram.

-Arxada bizə tərəf doğrudulmuş RPG var.

-Nə danışırsan! Ola bilməz! Zibil.

Fərid arxaya çönə bilməzdi.Çünki əgər fikri yayınsaydı bu əyri-üyrü yollarda qəza etmək qaçınılmaz idi.Ona görə tez bir fikir yürütməliydi.Tapdıda:

-Fredo sən sakitcə arxaya bax.Raket bizə tərəf buraxılan zaman qışqır mən sükanı döndərəcəm.

Heç bir saniyə keçmədi əsgər tətiyi basdı.RPG-dən tüstü çıxdıqdan sonra ardıyca raket havalandı.Raket öz mənzilinə doğru yol aldı.Elə bu zaman Fredo maşının içində qışqırdı.Bu siqnal idi.Fərid tez sükanı sağa xarabalığa çevirdi.Artıq burda əsas rolu saniyələr yox salisələr oynayırdı.Raket iri tam tikilməmiş hasara dəyib partladı.Tüstü hər yeri əhatələdi.Bəyaq ilişdikləri və gündə çox insanın söydüyü həmin çuxurlardan biri indi onların həyaın qurtarmışdı.Fərid yenidən maşını arxaya döndərib yoluna davam etdi...

Böyük “Qiyamət”- İri zalda iki-üç dəqiqə olardıki arxalarına baxmadan irəliləyirdi.Ard-arda müxtəlif kabinet,ofis və qışqırıq sələri gələn foyelər.Fərid ilk bura çağrıldığını eşidəndə təəccüblənmişdi.Həm də çox.Belə çox gizli təşkilata onu ilk dəfə çağırmışdılar bəlkə də onuncu dəfə.Hələlik yarı işıqlı və yarı sönük qaranlıq olan zalda irəliləyirdi dayanmadan.Yunanıstandan onu Amerikaya belə həm də belə yerdə görüşmək üçün çağırmışdılar.Səbəb heç də balaca olmaya bilərdi.Fərid sonuncu kabinetə yaxınlaşdı.Sakitcə əlini qapının dəstəyinə tutub özünə tərəf çəkdi.İçəridə günəşin işıqlarının dolduğu dağınıq masa və bir o qədər dağınıq kitab rəfləri dururdu.Qırmızı kreslolar və otağa yaraşmayacaq qədər səliqəli geyinmiş bir şəxs.Saçı çox seyrəkləşmişdi.Əli ilə Fəridə kreslonu göstərdi.Fərid sakitcə onu süzüb yavaşca kresloya oturdu:

-Cənab Farid Hasanlı.Doğru tələffüz etdim?-gülümsündü.

-Bəli doğrudur cənab.İlk dəfə biri adımı doğru söylədi.Ləhcələrinə uyğun olmadığına görə mənə Fredi deyirdilər.

-Xeyr cənab.Mən 20-yə yaxın müxtəlif ləhcə də danışa bilirəm.

-Mən heç o qədər ləhcənin oluğunu bilmirdim.

İkisidə gülür...

-Cənab Farid burdan sonra ciddiləşirik.Çünki C.A.F. məhv edən mindən çox adamın ölümünə səbəb olmuş böyük “Qiyamət” barəsində danışacıq.

-Anladımda ilk öncə adınızı bilmək istərdim.

-Bu sizə lazım olmayacaq ser Farid.Siz sadəcə məni üzdən tanıyın bəsdi.

-Yaxşı.Çox dostumu və ən əsas kapitanımı itirdim bu işə görə.Aleksandr X. görə.Mənə hər şeyi anladın.

-Narahat olmayın Aleksandr X. axtarışımızda ilk pilələrdən birin aldı.-bu naməlum şəxsin ağzı arada yana əyilirdi.-İndi isə böyük “Qiyamət”-ə gələk.İndiyə qədər sizə Alfred tərəfindən verilən btün məlumatları unudun.Bu otaq yeni bir teorem və fikirlərin başlanğıcı olacaq.Beyninizi təmizləyin çünki burda Einşteynin və dünyanın var olması haqda müxtəlif teoremlərdən danışacıq.

-Axı mən böyük “Qiyamət”-in məhbuslar və qanunsuzluqla əlaqəli olduğun sanırdım cənab.

-Axı mən sizə dedim.Bu otaqda bildiyiniz inandığınız hər şeyi unudun.Bura təzə mərhələdi.Böyük “Qiyamət” Einşteyn və dünyanın varolmaması haqda olan teoremlərlə əlaqəlidi.Məhz bunu sizə indi başa salacam...

Ardı Var...

              

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+36=
Hesaba giriş
Müəllif

Black Ghost
Haqqında
Özü kimi görünən insan...
Əlaqə
E-mail:
bikarus@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0274 saniye