Sondan Geriyə
Prolog
Artıq qaçmaqdan başqa şansı yox idi.Qaçırdı. Tənginəfəs olsa belə dayana bilməzdi.Dayandığı an öldürəcəklərini bilirdi.Ona görə şon şansı qaçmaq idi.Qaçırdıda.Dar,səssiz-səmirsiz,işıqlı küçədə arxasına baxmadan qaçırdı.Onu burda öldürsəydilər bəlkədə heç kim tapmayacaqdı meyidini.Ona görə son şansını istifadə edirdi.Qaçmaq…
Son-İri zal…Müxtəlif içki,siqaret basdırılmış külqabı,suviner olsun deyə qoyulmuş güllərlə dolu iri masa…Müxtəlif insanların bir məqsəd uğruna birləşdirmiş bir masa…Hamı susmuşdu.Heç kim danışmırdı.Səbəb isə “Birinci”-nin danışmağını gözləyirdilər.”Birinci” əlinə şərab dolu bardağı götürüb masadakıları süzdü.Bəlkədə gözü kimisə axtarırdı.Amma artıq başlamaq lazım idi.Ən bahalı kostyumlar geyinmiş bu şəxsləri yubandırmaq olmazdı.Buna görədə tezcə ayağa qalxdı və təmkinlə sözünə başladı:
-Əziz yoldaşlarım,dostlarım və qonaqlarım.Aranızda təşkilatımıza təzə qoşulmaq istəyən insanlar da olan bu qurultayı açıq elan edirəm.Sayca beşinci qurultayımız olsa da bu beş qurultay içərisində ən görkəmlisi bu mərasimin olduğu şübhəsiz düzdür.Çünki biz 20 il içərisində çox inkişaf etdik və bunun bəhrəsində görürük.Əvvəl sayımız güclə əlliyə yaxın idisə indi sayımız mini keçib.Bu bizim nəaliyyətimizdi.Bu gün artıq gücümüzü göstərə bilirik.Mərasimi açıq elan edirəm.Mövzuları bir-bir həll edəcik.İlk növbəliklə yeməyə başlayaq.
Birdən masanın ətrafında ağ köynək və qara jaketli ofisiantlar peydə oldu.Əllərində müxtəlif yeməklərlə “cənab”-ların masalarına yaxınlaşdılar.”Birinci” öz yerinə oturub sakitcə ətrafı seyr etməyə başladı.Saatına nəzər saldı.Böyük “qiyamətə” dəqiqələr qalırdı.
Şans- O, yuxarıda köməkçilərin yanında oturmuşdu.İlk dəfə idi ki, Amerikaya gəlmişdi.Daranmış saçı,taxdığı eynək və “Ser Halter Johanson” yazılmış yaxalığı ilə masadakıları süzürdü.Bu gün o saxta yaxalıqdakı adını artıq cırıb atmaq zamanı gəlmişdi.”Böyük”-lər bu çətin tapşırıq üçün onu seçmişdilər.Bəlkə dünyanın bu “qəhrəman”-dan xəbəri olmayacaqdı.Amma o heç buna baş qoşmurdu.Verilən tapşırığı yerinə yetirməli idi.Həyəcanlı idi.Tapşırığının son gününə qədər gəlib çıxmışdı.Heç kim ondan şübhələnməmişdi.Amma yenə də tədirgin idi.Stul da yerini rahatladıb qurumuş dodağını dili ilə islatdı.Böyük “qiyamət”-ə dəqiqələr qalırdı.Birdən masanın başında qara eynəkli,qara kostyumlu adamlar peydə oldu.Onlar “Birinci”-yə yaxınlaşdılar.Aralarından biri əyilib ona nəsə deyirdi.”Birinci” təmkinlə onu dinləyir başını yellədirdi.Sonra o ağzını “Qara Geyimli” adama yaxınlaşdırıb qulağına nəsə dedi.Elə o vaxt adamlar başlarını aşağı əyib arxaya addımladılar.Nəsə düz getmirdi.Nəsə pis bir şey olacaqdı.Halter qalstukunu açdı.Stress yaşayan adam olmasa da artıq pis bir şeyin olacağı şübhəsiz idi.Ayağa qalxıb zalı tərk etməli idi.Elə bu vaxt yanında dörd “Qara Geyimli” adamlar göründü.Aralarından biri əlini onun çiyninə qoyub yerinə otuzdurdu.Sağında diyanan əməkdaşı isə pencəyinin düyməsini açıb silahını ona göstərdi.Yavaşca qulağına yaxınlaşıb pıçıldadı:
-Çox pis yerdə ilişdin Johanson.Hər şeyini bilirik.Sakitcə ayağa qalx və bizimlə gəl.Ən ani hərəkətində sənin “görə bilmədiyin” adamlarımız səni aradan götürər.Bizim məkanımızdasan unutma…
Halter həyəcandan udqundu.Nitqi tutulmuşdu.Ürəyinə nə damırdısa olurdu.Amma neçə ildi bu işlə məşğul idi belə hala ilk dəfə düşmüşdü.Ona görə də artıq onlarla birlikdə getməkdən başqa şansı qalmamışdı.Həqiqətən də dostlarının dediyi kimi çox şanssız adam idi.Ayağa qalxdı.Qalstukunu büküb cibinə qoydu.Bu qəribə adamlarla qapıya doğru addımlamağa başladı.Qara,işıqsız zala daxil oldular.Asta addımlarla pilləkəndən aşağı düşdülər.Atdığı hər addım onu ölümə götürdüyünün fərqində idi.Adamlardan ikisi yarı yolda onlardan ayrıldı.Bu dəfə yalnız o daxil olmaqla 3 nəfər qalmışdı.Nəhayət birinci mərtəbəyə çatdılar.İş ciddiləşdi.Zalın sakit və kimsəsiz olduğunu görən adamlar Halterin qolundan yapışdılar.Birazdan onlar artıq malikanənin həyətində idilər.Qara “Audi” markalı maşına doğru irəliləyirdilər.Halter anlayırdıki son şansı bu du.Ya onları zərərsizləşdirib qaçacaq ya da ölümünün üzərinə dik-dik gedəcək.Birinci seçim yolu daha yaxşı idi.Qalırdı bu iki adamı zərərsizləşdirmək.Bu qorumalara “Orden Qoruyucuları” deyirdilər.Varolduğu düşünülən həmin orden…Nəysə bunu düşünməyin zamanı deyildi.Halter yalan asqırdı.Bu zaman bu iki “Orden Qoruyucusu” onun əlini buraxmışdı.Artıq sadəcə bildiyi bir-iki hərəkət edib onları burda zərərsizləşdirmək idi.Birdən iki adamında başından tutub toqquşdurdu.İkisi də halsız yerə uzandı.Halter bu dəfə şanssızlığını zorlayıb qaçmalıydı.Çünki bu onun həyatında ilk şansı idi…
Ardı Var...