Sonrakı Peşmançılıq
nurlannovruz tərəfindən "Hekayə" bolməsinə 23:12 13 yanvar 2015 tarixində əlavə olunmuşdur

Qan tər içərisində yatağından sıçradı.Yenə yuxusunu qatmışdı.Ard-arda üç gün idi ki eyni yuxunu görürdü. Saat səhər 8 radələri idi.İşə gecikməmək üçün qalxıb əl-üzünü yudu və üzərini geyinərək tələsik evdən çıxdı.Hər səhər olduğu kimi əhalinin sıx zamanında daxil oldu metroya.Yenə basabas,yenə tələsən insanların bir birini itələyə-itələyə vaqona soxulması görüntüsü var idi.Kimiləri dərsə,kimiləri isə işə gecikməmək üçün önünə baxmadan bir-birilərini tapdalayıb keçirdi.Qapının tinində özünə rahat yer tapıb kürəyini söykədi.Yuxunun təsirindən ayılmamışdı hələ. Son üç gündür yuxusunda balaca bir əlin ona tərəf uzanmasını, tutmaq istədiyi zaman isə faciəli şəkildə doğranılaraq yox olmasını görürdü.Gözlərini bağlayıb başqa şeylər düşünməyə çalışır,gedəcəyi on bir stansiya yolu sayırdı.Biraz keçmişdi ki əlinə nəyinsə toxunduğunu hiss etdi.Gözlərini açıb başını sol tərəfə çevirdiyində daun sindromlu balaca bir qızcığaz sataşdı gözünə.Sarışın uzun saçlı,əynində tünd bənövşəyi rəng paltarlı qız.Nənəsinin yanında küncdə əyləşən bu balaca qızcığaz gözlərini ona zilləmişdi.Uşağın aşağıdan yuxarı yönələn baxışları,gülüşü narahat etmişdi onu.Xəyal gördüyünü zənn edirdi.Gözlərini ovuşdurdu.Yox bu xəyal deyildi.Balaca qızcığaz yenə də qarşısında dayanmışdı.Yerində donub qalmış Ceyhun bir həftə öncə yaşadıqlarını xatırlamağa başladı.

Xəstəxanadan çıxdıqdan sonra bir-birilə danışmadan yol boyu addımlayırdılar.Ağlamamaq üçün özlərini zorla saxlamışdılar.Aylar öncə həyatlarına ən müjdəli xəbər yetişmişdi.Ceyhun və Leyla övlad sahibi olacaqdılar.Hər cütlüyün yaşamaq istədiyi duyğu.Ata,ana olmaq duyğusu.Onlar aylardır səbrsizlikə qız övladlarının dünyaya gəlməsini gözləyirdi.Yolunu gözlədikləri körpənin oyuncaqları,otağı,geyimləri hər şey öncədən hazır idi artıq.Adını belə seçmişdilər.“Bənövşə”.Leyla hətda qızına bir yaşında geyinə biləcəyi paltar da almışdı.Alış veriş mərkəzlərinin birində gördüyü uşaq üçün bənövşəyi rəng,parıltılı paltar o qədər xoşuna gəlmişdi ki,indidən onu alıb övladına saxlayırdı.Hər şey qaydasında gedərkən bugün müayinədə bəd xəbər aldılar.Həkimlər uşağın daun sindromlu doğulacağını bildirdilər.Texnologiya o qədər inkişaf edib ki indiki aparatlar ana bətnində uşağın xəstəliyin də təyin edə bilir. Bu gün aparatın təyin elədiyi acı xəbərlə pərişan olmuşdular.Dünyaları yıxılmışdı.Axı onlar nə xəyallar qurmuş,nə gələcək düşünmüşdülər.İndi də Bənövşənin doğumdan sonra bir ömür əqli xəstə kimi yaşacağını diaqnozu qoyulmuşdu.

Evə girər girməz Ceyhun dözməyərək susqunluğunu pozdu:

Nə fikirləşirsən? Nə edək?

Leyla gözləri dolmuş şəkildə dilləndi:

Necə yəni nə edək? Bu vəziyyətdə onu dünyaya gətirməyəcəksən hər halda deyil mi? Nə danışırsan sən Ceyhun?!!!. Nə olur olsun o mənim övladımdır,canımdır.Qıya bilmərəm ona Ömrün boyu xəstə uşağa baxacaqsan? Əlbəttə.Nəyə görə baxmayım ki.O bizim qanımızın,canızımızın bir parçasıdır.O mənim qızımdır. Həyatının sonuna qədər o uşaq kimi qalacaq.O böyüməyəcək.Məktəb nədi bilməyəcək.İşi gücü olmayacaq.Ailə qurmayacaq.20-30 yaşında belə uşaq əqilli olacaq.O,bir əşya tək yük olacaq.Həm inan ki onun üçün də ən doğrusu budur.Həyata gəlib heçnə etməməkdənsə həyata gəlməmək daha məntiqə uyğundur.İnan ki bu dəqiqə o da bizdən bunu istəyir.Onu tələf etməyimiz daha doğru qərar olar,nəinki dünyaya gətirmək. Bunları mən də bilirəm.Amma onu dünyaya gətirmək istəyirəm.Məni qızımdan ayırma nə olar.Abort etdirsəm mən bir daha ana ola bilməyəcəm.Bunu da düşün. Hər şey yaxşı olacaq narahat olma.Mən səni sevirəm.Səni də düşünürəm.Onun üçün ən düzgün seçim budur

Onlar qərarlarını verdikdən sonra ertəsi gün xəstəxanaya gedərək abort etdirdilər. Geriyə dönüşü olmayan bir yola girilmişdi.Həyata gözlərini açmamış Bənövşənin canına qəsd etmişdilər.Öz əlləri ilə qızlarını öldürdülər.O gündən bəri Leylanın göz yaşları qurumurdu. Hər gün ağlayır,özünü bağışlaya bilmirdi.Qızı üçün aldıqları amma istifadə edilməyən əşyalara baxıb daha da qəhrlənirdi.Nə qədər üzülsə də əşyaları ondan geriyə qalan bir xatirə kimi saxlayırdı.

Ceyhunun son günlərdə gördüyü yuxu və metrodakı bu mənzərə axırki onu ayıltmışdı. Daun sindromlu uşaqlar görünüşcə bir birinə bənzəyir.Ceyhun bənövşəyi rəng paltarlı uşağa baxıb üzünü görmədiyi qızını xəyal edirdi.Uşağın gözlərinə baxarkən Leylanın əməliyyat masasında dediyi son sözlər gəlirdi ağlına:

“ Ceyhun,fikrimizdən dönmək üçün zamanımız var.Sonrakı peşmanlıq,vicdan əzabı yaxamızı buraxmayacaq.”

Bu məsum simalı şirin balanın onun əlindən tutması,sevgi dolu baxışları,gülümsəməsi Ceyhunun içini sızladırdı.O əyilərək qızcığazın boynuna sarıldı və hönkür hönkür ağlamağa başladı. Onun saçlarını sığallayır, yanağından öpür,boynunu qucaqlayaraq “ Allahım nə etdim mən? Qızım,balam əfv et məni”deyə qışqırırdı. Ətrafdakı insanlar nə olduğunu anlamırdılar. Uşağın nənəsi  deyəsən nələr olduğunun fərqində idi ki heçnə demədən qıraqdan onları izləyirdi. Növbəti stansiyada Ceyhun vaqonu tərk etdi.Çölə çıxıb dərindən nəfəs aldı.Boğulurdu,havası çatmırdı.Bir neçə dəqiqə öncə yaşadıqları sarmaşıq kimi boğazına sarılmışdı sanki.O birbaşa ev istiqamətində hərəkət edirdi. Özünü Leylanın yanına çatdırdı.Həyat yoldaşını qucaqlayıb onu əfv etməsini istəyirdi:

“ Bağışla canım,bağışla.Səni dinləmədim.Sən haqlı idin.Peşmanam Leyla,bağışla məni.Mən bunu necə etdim? Bənövşəmizə necə qıydım? Allah mənim bəlamı versin.”

Onun bu yalvarışları,gözlərindən axan yaşlar təəssüf ki heçnəyi dəyişməyəcəkdi.Ceyhun bu səhvinin,bu yalnış qərarının peşmançılığını hələ çox çəkəcəkdi.Atdığı bu addım sağalmaz yara tək ürəyinə həkk olundu.

Bu sadəcə bir hekayə idi.Amma bildiyimiz kimi hekayələr də həyatın güzgüsüdur.Həyatda belə şeyləri çox eşidirik.Məsələn, kimisi qız övlad istəmədiyi üçün onu tələf etdirir.Kimisi beş dəqiqəlik həvəs sonrası.Kimisi övladı xəstə doğulmasın,ömür boyu xəstə yaşam sürməsin deyə.

Amma maraqlıdır görəsən kimlər Ceyhun kimi etdiyi bu cinayətin peşmanlığını çəkir?.Kimlərin vicdanı birazda olsun sızlayır?


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+30=
Hesaba giriş
Müəllif

nurlannovruz
Əlaqə
E-mail:
nonnsvn@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0202 saniye